Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-09-2025 , 22:19

1819

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Əmlak vergisinin həcmində ümumilikdə 38 faizlik artım olub”

“BAMS-da tətbiq edilən yeniliklərdən hər bir bələdiyyə lazımı səviyyədə istifadə etmiş olsa əmlak vergisinin yığımında irəliləyişə nail ola bilər”- bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov bildirib.

Sədr bildirib ki, son illərdə BAMS-ın ƏMDX məlumat sisteminə qoşulması, habelə SMS xidmətinin tətbiq edilməsi nəticə etibari ilə Nəsimi bələdiyyəsinin büdcə gəlirlərinin artımına əsaslı şəkildə təsir edib.

Belə ki, əgər 2023-cü ilin səkkiz ayı ərzində 673.079 manat, 2024-cü ilin səkkiz ayı ərzində 697.538 manat əldə edilmişdisə, cari ilin səkkiz ayı ərzində isə 1.125.852 manat əldə edilib. 

Beləliklə, səkkiz ay ərzində əmlak vergisinin həcmi   428.314  manat artıq vəsait əldə olunub. Bu isə əmlak vergisinin həcmində ümumilikdə 38 faizlik artım deməkdir.

Bələdiyyənin vergi xidməti ilin sonunadək daha 12 faizədək artımın olacağını nəzərdə tutur.

Ümumilikdə isə cari ilin səkkiz ayı ərzində Nəsimi bələdiyyəsinin ümumilikdə 1.422.756 manat büdcə gəliri olub. Bunun da 267 min manatı mehmanxana rüsumundan, 23.830 manatı isə parkinq xidmətindən daxil olub.

Hazırda bələdiyyənin vergi xidməti mütəmadi olaraq vergi ödəyiciləri ilə görüşlər keçirməklə vergiləri vaxtında ödəməyin əhəmiyyəti barəsində söhbətlər aparır, izahatlar aparırlar.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər