Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-09-2025 , 00:42

1637

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Uşaqlara qayğı və diqqətin göstərilməsi bələdiyyənin əsas vəzifələrindəndir”

“Yeni tədris ilinin başlanması münasibətilə Nərimanov rayonunda aztəminatlı, şəhid və qazi  ailələrinin övladlarına məktəbli forması və dərs ləvazimatları paylanılıb” – bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədr bildirib ki, Nərimanov rayon icra hakimiyyətinin təşəbbüsü  və Nərimanov bələdiyyəsinin  təşkilatçılığı ilə bələdiyyənin inzibati binasında sosialyönümlü tədbir keçirilib.

Tədbirdə Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edərək şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Sədr təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsilə dövlət qayğısı ənənələrinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb. Sədr  daha sonra çıxışında ölkəmizdə təhsil sahəsində icra olunan məqsədyönlü layihələrdən, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən söz açıb.

Tədbirin sonunda 50 nəfərdən artıq məktəbliyə  tədris ləvazimatları paylanılıb.

Sədr sonda qeyd edib ki, uşaqlara qayği və diqqətin göstərilməsi bələdiyyənin əsas vəzifələrindəndir. Bələdiyyə ənənəyə sadiq qalaraq bu ildə həssas qrupa aid məktəbliləri sevindirib.

Belediyye.info 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər