Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-09-2025 , 10:17

968

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Habil Həmidov: “Qəsəbənin sənədsiz əmlak problemi öz həllini tapmış olsa, büdcə gəlirlərində 4 dəfəyədək artım olar”

“Binə bələdiyyəsi olaraq  ən böyük problem ərazidəki 70 faiz  əmlakın sənədinin olmamasıdır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Habil Həmidov bildirib.

Sədr qeyd edib ki, keçmiş “sovxoz” dövründə verilən ərazilərin heç birinin bu gün  sənədi yoxdur.

İndi təsəvvür edin ki, 10 sot torpaq sahəsi olan əraziyə  6 manat topaq vergi ödənilirsə, həmin torpaqda  bu gün 3-4 ədəd ev tikilib. Evlərin də heç birinin sənədi yoxdur. Nəticədə bələdiyyə həmin ərazidən minimum 100 manata yaxın  əmlak vergisi toplamalı olduğu halda, sənədi olmadığından bu vəsaitdən mərhum olur və nəticədə 6 manatla kifayətlənməli olur. Qəsəbədə əhalinin sayı artıqdca, problemlərimizdə artır və ən əsası əhali vergi ödəməyə maraqlı görünmür.

Ancaq bu çətinliklərə baxmayaraq ötən illə müqayisədə büdcə gəlirlərində artım müşahidə olunub. Belə ki, 2024 -cü ilin səkkiz ayı ərzində  93.556  manat əmlak vergisi, 6.822 torpaq vergisi cəmi 100.378 manata vergi əldə edilmişdirsə, cari ilin səkkiz ayında 3700 manatlıq artıma nail olunub.

Belə ki, 94.872 manatlıq əmlak, 9.200 torpaq vergisi olmaqla, cəmi  104.072 manatlıq vergi yığılıb.

Bu artımda BAMS-da tətbiq edilən yeniliklərin də mühüm rolu var. Ancaq qəsəbə ərazisindəki sənədsiz əmlak problem öz həllini tapmış olsa, bələdiyyənin  büdcə gəlirlərində 3-4 dəfəyədək artım müşahidə olunar ki, bu da nəticə etibari ilə sakinlərin qaldırdığı problemlərin sürətli həlli deməkdir.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər