Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-08-2025 , 10:52

2363

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əlfəddin Həsənov:” Bu gün hər bir bələdiyyə vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini verməlidir”

“Sabunçu bələdiyyəsi olaraq əsas vəzifəmiz sakinlərin müraciətlərini diqqətdə saxlamaq və həlli ilə bağlı addım atmaqdır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Əlfəddin Həsənov bildirib.

Sədr bildirib ki, bələdiyyə aid olan müraciətlərin hər biri bələdiyyə iclasında müzakirəyə çıxarıllr. Bələdiyyə üzvlərinin yekdil qərarı ilə bu müraciətlər öz həllini tapır.

Bu günlərdə məhz sakinlərin kollektiv müraciəti əsasında qəsəbənin Əmir Bağırov küçəsində 4000 kv.m əraziyə asfalt vurulub. Bununla yanaşı küçədə təmizlik işləri aparılmışdır.

Sakinlər  tərəfindən bələdiyyənin bu layihəsinin razılıqla qarşılandığını qeyd edın sədr bildirib ki, maliyyə imkanları çərçivəsində Sabunçu bələdiyyəsi ilin sonunadək daha bir neçə ünvanda bu tipli layihə icra etmək niyyətindədir.

Əlfəddin Həsənov bildirib ki, bu gün hər bir bələdiyyə vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini verməlidir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər