Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-06-2025 , 12:09

1721

Son xəbərlər

Bütün xəbərlər

Səyyar görüşlərdən geridə qalanlar

Gündəlik Xəbərlər
21-07-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

Təmraz Tağıyev: “Sonuncu əməliyyatdan sonra qazinin artıq sərbəst danışması və qida qəbulundakı problemlər aradan qaldırılıb ”

"Qərbi Azərbaycan İcması Nərimanov rayon təşkilatının təşəbbüsü  ilə qazi  Orxan Əsgərovun Türkiyənin Konya şəhərindəki tanınmış  klinikalarının birində növbəti əməliyyatı baş tutub"- bu barədə məlumatı rayon təşkilatının rəhbəri Təmraz Tağıyev deyib.

Təmraz Tağıyev bildirib ki,   Vətən müharibəsi qazisi olan Orxan Əsəgrovun aldığı qəlpə yarası nəticəsində uz- çənə əməliyyatının aparılmasına ehtiyac var idi. 

Heydər Əliyev Fonduna təşəbbüsü ilə qazi Orxan Əsgərov az müddət ərzində 24 dəfə  üz-çənə əməliyyatı keçirib və səhhətində xeyli irəliləyiş olub.   Bu proseslərdə Heydər Əliyev Fondunun  hər zaman dəstəyini hiss etdiklərini qeyd edən Təmraz Tağıyev  sonuncu əməliyyatdan sonra qazinin artıq sərbəst danışması və qida qəbulundakı problemlər aradan qaldırıldığını bildirib.  

Təmraz Tağıyev  qazinin Türkiyədə olduğu müddətdə onun və ailəsinin  sosial-məişət qayğıları ilə də maraqlandıqlarını və hər zaman dəstək göstərdiklərini xüsusi ilə vurğulayıb.

Qazi  Orxan Əsgərovla telefon danışığında  Təmraz Tağıyev onun tezliklə  tam sagalıb həyat fəaliyyətini davam edəcəyinə inandığını əlavə edib. 

Təmraz Tağıyev qazinin əməliyyatnın keçirilməsində Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altayın xüsusi dəstəyi olduğunu bildirməyi unutmayıb.

Rayon təşkilatının rəhbəri  şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirərək və  Vətən müharibəsindəki qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, xalqımızın igid oğullarının qəhrəmanlıqları nəticəsində qazanıldığını söyləyib.

Hazırda Qərbi Azərbaycandan olan qaçqınların 70 faizədək hissəsinin Nərimanov rayonunda məskunlaşdığını qeyd edən təşkilatın rəhbəri, aztəminatlı ailələrinin hər birinin sosial-məişət qayğılarının bundan sonra da diqqətdə saxlanılacağını qeyd edib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər