Bu gün Mingəçevir bələdiyyəsinin sədri Anar Ismayılov növbəti vətəndaş qəbulunu keçirib.
Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Məlumatda bildirilir ki. qəbul zamanı şəhər sakinləri fərdi şəkildə dinlənilib, onları narahat edən məsələlər – torpaq sahələrinin sənədləşdirilməsi, sosial və məişət problemləri ilə bağlı müraciətlər qeydə alınıb.
Qaldırılan hər bir məsələ diqqətlə araşdırılıb, bəzi müraciətlərin araşdırılması və operativ icrası üçün komissiya sədrlərinə ve şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Mingəçevir bələdiyyəsi olaraq daim vətəndaşlarla birbaşa ünsiyyətə önəm verir, onların təklif və müraciətlərini fəaliyyətimizdə əsas istiqamət kimi qiymətləndiririk.
Rəylər
0 Rəy