İradə Ağayeva: “Əsas məqsədimiz sakinlərin problemlərinin həllinə töhfə verməkdir”
Onun
sözlərinə görə, hesabat dövründə bələdiyyə iclasları və işgüzar görüşlər
keçirilib, qəbul olunan qərarların icrasına nəzarət olunub, büdcə gəlirlərinin
formalaşdırılması, torpaq və əmlak vergilərinin yığılması, icarə haqlarının
təmin edilməsi, eləcə də maliyyə vəsaitlərinin səmərəli istifadəsi diqqət
mərkəzində saxlanılıb. Ehtiyacı olan ailələrə maddi yardımlar göstərilib,
vətəndaş müraciətləri araşdırılaraq müvafiq tədbirlər görülüb.
Bələdiyyə
sədri qeyd edib ki, kəndlərdə yol infrastrukturunun yaxşılaşdırılması
istiqamətində də müəyyən işlər həyata keçirilib. Hişkədərə kəndində Şəhid Elşad
Ağayev adına küçədə asfalt örtüyü salınıb, Tüklə–Mişkəmi yolunda hamarlama və
bərkitmə işləri aparılıb, Tüklə kəndində yolun vəziyyətinin yaxşılaşdırılması
üçün çınqıl tökülüb. Miyankü kəndində Şəhid Elvin Mirzəyev adına küçədə asfalt
örtüyünün çökmüş hissəsi bərpa olunub. Hişkədərə kənd qəbiristanlığında təhlükə
yaradan qəzalı ağac isə müvafiq ekspert rəyinə və qanunvericiliyin tələblərinə
uyğun götürülüb.
İradə
Ağayeva bildirib ki, torpaq fondunun idarə olunması, icarə münasibətlərinin
rəsmiləşdirilməsi, qanunsuz istifadədə olan torpaq sahələrinin
müəyyənləşdirilməsi, vergi ödəyicilərinin məlumatlandırılması və BAMS
informasiya sistemində məlumatların yenilənməsi istiqamətində işlər də davam
etdirilir.
Bələdiyyə
sədri ərazidə həllini gözləyən məsələlərə də toxunub. Kənddaxili yolların
təmiri, suötürücü kanalların təmizlənməsi, məişət tullantılarının vaxtında
daşınması, sanitar vəziyyətin yaxşılaşdırılması və abadlıq işlərinin davam
etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
“Qarşıdakı
dövrdə vergi yığımının yaxşılaşdırılması, torpaq və əmlak vergisi ödəyiciləri
ilə maarifləndirici işlərin aparılması, torpaq və icarə münasibətlərinin
qanunvericiliyə uyğun tənzimlənməsi, eləcə də kəndlərimizin abadlaşdırılması
istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Əsas məqsədimiz sakinlərin
müraciətlərini diqqətdə saxlamaq, onları narahat edən məsələlərin həllinə
imkanlarımız daxilində töhfə verməkdir”, – deyə İradə Ağayeva vurğulayıb.
O, həmçinin sakinlərlə mütəmadi görüşlərin keçirilməsinin, onların təklif və müraciətlərinin dinlənilməsinin yerli özünüidarəetmənin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Belediyye.info
Rəylər
0 Rəy