2026-cı ilin yanvar-sentyabr aylarında Şuşa rayonunun sosial-iqtisadi
inkişafı
Ümumi
məhsul buraxılışı. 2026-cı ilin yanvar-sentyabr ayları ərzində Şuşa rayonunda
iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı əvvəlki ilin müvafiq
dövrünə nisbətən 21,4 faiz azalaraq 261904,4 min manat olmuşdur. İstehsal
edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 10347,9 manat
təşkil etmişdir.
Məhsulun 22600,4 min manatı sənaye sahəsində, 7177,8
min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 227051,2
min manatı tikinti sahəsində, 602,6 min manatı nəqliyyat və anbar
təsərrüfatı sahəsində, 4472,4 min manatı isə ticarət; nəqliyyat
vasitələrinin təmiri sahəsində istehsal olunmuşdur.
Sənaye. Sənaye müəssisələrində 2026-cı ilin
yanvar-sentyabr ayları ərzində məhsul istehsalı 22600,4 min manat olmuş və onun
118,0 min manatı emal sənayesinin, 22482,4 min manatı isə elektrik enerjisi,
qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinin payına düşmüşdür.
2025-ci ilin yanvar-sentyabr ayları ərzində isə
yerinə yetirilmiş işlərin dəyəri 28157,1 min manat olmuşdur. 2026-ci ilin
yanvar-sentyabr ayları ərzində sənaye istehsalının indeksi (sabit qiymətlərlə)
2025-ci ilin müvafiq dövrünə nisbətən 46,8 faiz olmuşdur.
Sənaye müəssisələrində 2026-cı ilin yanvar-sentyabr
ayları ərzində 198 nəfər çalışmış və onlara 2968,8 min manat əməkhaqqı fondu
hesablanmışdır. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 1666,0 manat
olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 102,9 faiz təşkil
etmişdir.
Tikinti. 2026-cı ilin yanvar-sentyabr ayları ərzində
əsas kapitala 227208,7 min manat investisiya yönəldilmişdir ki, bu da keçən
ilin müvafiq dövrünə nisbətən 81,8 faiz təşkil etmişdir. Əsas kapitala
yönəldilmiş vəsaitin 227051,2 min manatı tikinti quraşdırma işlərinə sərf
olunmuşdur.
Tikinti quraşdırma işlərinin 221154,3 min manatını
dövlət mülkiyyətli, 5896,9 min manatını isə qeyri-dövlət mülkiyyətli
müəssisələr tərəfindən yerinə yetirilmişdir.
Kənd təsərrüfatı. Şuşa rayonu üzrə 2026-cı ilin kənd
təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir. Məlum olmuşdur
ki, Şuşa rayonu üzrə 2026-cı ilin məhsulu üçün 01 yanvar 2026-cı il
vəziyyətə 1845,5 hektar sahədə şumlama işi aparılmış, ondan 592,0 hektarında
buğda, 1117,3 hektarında arpa, 106,7 hektarında isə yaşıl yem üçün
xəsil əkilmişdir. Məhsul yığımı üçün yaz əkininin sonunadək salamat qalan sahə
592,0 hektar buğda sahəsi və 1117,3 hektar arpa sahəsi olmuşdur.
2026-cı ilin məhsulu üçün rayon üzrə yazlıq əkin də
aparılmışdır. Yazlıq əkindən 15,0 hektar sahədə tərəvəz, 3,2 hektar sahədə
kartof, 35,2 hektar sahədə yazlıq yonca və 62,0 hektar sahədə ərzaq üçün
bostan bitkiləri (38,0 hektar yemiş, 24 hektar qarpız) əkilmişdir.
Beləliklə, 2026-cı ilin məhsulu üçün 2025,4 hektar
əkin sahəsi vardır. Bunun 1816,0 hektarı payızlıq, 115,4 hektarı yazlıq və 94,0
hektarı isə keçən illərdən qalmış yonca sahəsidir. Bundan başqa
rayonumuzda 11,5 hektar bağ sahəsi vardır.
2026-cı ildə 1709,3 hektar sahədə dənli və dənli
paxlalı bitkilər əkilmişdir ki, bu da keçən ilə nisbətən 145,4 hektar və ya 9,3
faiz çoxdur.
2026-cı ildə 80,2 hektar sahədə kartof, tərəvəz və
bostan bitkisi əkilmişdir ki, bu da keçən ilə nisbətən 2,7 hektar və ya 3,5
faiz çoxdur.
2026-cı ildə 106,7 hektar yaşıl yem, yəni xəsil
əkilmişdir ki, bu da keçən ilə nisbətən 11,0 hektar və ya 9,3 faiz azdır.
2026-cı ildə keçən illərdən qalma 94,0 hektar və
35,2 hektar yeni əkilmiş yonca sahəsi olmaqla cəmi 129,2 hektar yonca sahəsi
vardır.
2026-cı ildə 129,2 hektar yonca sahəsi vardır ki, bu
da keçən ilə nisbətən 23,5 hektar və ya 22,2 faiz coxdur.
01 oktyabr 2026-cı il tarixinə bütün əkin
sahələrində məhsul yığımı başa çatmışdır.
2026-cı il oktyabr ayının 01-i tarixinə 592,0 hektar
buğda sahəsindən 1822,8 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni
dövrünə nisbətən 564,2 ton və ya 23,6 faiz az olmuşdur. Keçən il məhsuldarlıq 25,8 sentner/ha olduğu halda,
bu il 30,8
sentner/ha olmuşdur.
2026-cı il oktyabr ayının 01-i tarixinə 1117,3
hektar arpa sahəsindən 2777,5 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin
eyni dövrünə nisbətən 1280,9 ton və ya 85,6 faiz çox olmuşdur. Keçən il
məhsuldarlıq 23,4 sentner/ha olduğu halda, bu il 24,9 sentner/ha olmuşdur.
2026-cı il oktyabr ayının 01-i tarixinə 2,0 hektar
kartof sahəsindən 53,8 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin eyni
dövrünə nisbətən 20,8 ton və ya 60,6 faiz çoxdur. Məhsuldarlıq keçən il 165,0
sentner/ha olduğu halda, bu il 168,1 sentner/ha olmuşdur.
2026-cı il oktyabr ayının 01-i tarixinə 15,0 hektar
tərəvəz sahəsindən 369,5 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilin
eyni dövrünə nisbətən 301,9 ton və ya 45,0 faiz az olmuşdur. Keçən il
məhsuldarlıq 209,8 sentner/ha olduğu halda, bu il 266,5 sentner/ha olmuşdur.
2026-cı il oktyabr ayının 01-i tarixinə 62,0 hektar
ərzaq üçün bostan bitkiləri sahəsindən 1338,8 ton məhsul əldə edilmişdir ki, bu
da keçən ilin eyni dövrünə nisbətən 452,5 ton və ya 51,1 faiz çox olmuşdur.
Keçən il məhsuldarlıq 203,7 sentner/ha olduğu halda, bu il 215,9 sentner/ha olmuşdur.
2026-cı il oktyabr ayının 01-i tarixinə 129,2 hektar
yem bitkiləri (yonca) sahəsindən 659,3 ton məhsul əldə edilmişdir ki, bu da
keçən ilin eyni dövrünə nisbətən 194.3 ton və ya 41,8 faiz çox olmuşdur. Keçən
il məhsuldarlıq 44,0 sentner/ha olduğu halda, bu il 51,0 sentner/ha olmuşdur.
2026-cı il oktyabr ayının 01-i tarixinə 11,5 hektar
meyvə bağı sahəsi vardır ki, 01 oktyabr 2026-cı il vəziyyətinə məhsul yığımı
aparılmamışdır.
2026-cı il oktyabr ayının 01-i tarixinə heyvandarlıq
sahəsində rayon üzrə bütün təsərrüfat kateqoriyalarında 4768 baş
iribuynuzlu mal-qara, o cümlədən 2278 baş inək və camış, 27618 baş qoyun
və keçi mövcud olmuşdur.
01 oktyabr 2026-cı il tarixinə ötən ilin müvafiq
dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 369 baş və ya 8,4
faiz, o cümlədən inək və camışların sayı 138 baş və ya 6,5 faiz, qoyun və
keçilərin sayı isə 5531 baş və ya 25,0 faiz çox olmuşdur.
2026-cı il oktyabr ayının 01-i tarixinə ət istehsalı
2840,0 sentner (diri çəkidə), süd istehsalı 16840,0 sentner, yumurta istehsalı
795,0 min ədəd, yun istehsalı isə 390,0 sentner olmuşdur. Keçən ilin müvafiq
dövrünə nisbətən ət istehsalı 6197,0 sentner və ya 68,6 faiz azalmış, süd
istehsalı 710,0 sentner və ya 4,4 faiz, yumurta istehsalı 5,0 min ədəd və
ya 0,6 faiz, yun istehsalı isə 40,0 sentner və ya 11,4 faiz artmışdır.
2026-cı ilin yanvar-sentyabr aylarında kənd
təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul buraxılışının
həcmi 7177,8 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,5
faiz az olmuşdur. Sahə üzrə məhsul buraxılışının 3047,2 min manatını
bitkiçilik, 4130,6 min manatını heyvandarlıq məhsulları təşkil etmişdir.
Nəqliyyat. 2026-cı ilin yanvar-sentyabr ayları
ərzində nəqliyyat sahəsində məhsul buraxılışının həcmi 602,6 min manat və ya
keçən ilin müvafiq dövrünə nisbətən 15,6 faiz çox olmuşdur.
2026-cı ilin yanvar-sentyabr ayları ərzində
avtomobil nəqliyyatı ilə 86,0 min ton yük, 795 min sərnişin daşınmışdır.
2025-ci ilin müvafiq dövrünə nisbətən yük daşınması 6,2 faiz, sərnişin
daşınması isə 5,7 faiz artmışdır.
Ticarət; nəqliyyat vasitələrinin təmiri.
2026-cı ilin yanvar-sentyabr ayları ərzində ticarət; nəqliyyat vasitələrinin
təmiri sahəsində məhsul buraxılışının həcmi 4472,4 min manat və ya keçən ilin
müvafiq dövrünə nisbətən 17,3 faiz çox olmuşdur.
Hesabat dövründə rayon üzrə pərakəndə ticarət
dövriyyəsinin həcmi 13677,2 min manat, əhaliyə göstərilən ödənişli xidmətlərin
dəyəri isə 2772.8 min manat olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən
pərakəndə ticarət dövriyyəsinin həcmi 17,3 faiz artmış, ödənişli xidmətlərin
həcmi isə 77,1 faiz azalmışdır.
Muzdlu işçilər və əməkhaqqı. Şuşa
rayonunda 01 oktyabr 2026-cı il tarixinə 15 və yuxarı yaşda olan əmək
qabiliyyətli əhalinin 58,9 faizini iqtisadi fəal əhali təşkil
etmişdir. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi
çəkisi 93,2 faiz olmuşdur.
2026-cı ilin yanvar-sentyabr ayları ərzində
rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1922 nəfər, onlara
hesablanmış əməkhaqqı fondu 19471,9 min manat, orta aylıq nominal əməkhaqqı
1144,7 manat təşkil etmişdir. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində isə
orta aylıq nominal əməkhaqqı 948,1 manat təşkil etmişdir. Orta aylıq nominal
əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 20,7 faiz artmışdır.
Yeni iş yerləri. 2026-ci ilin yanvar-sentyabr ayları
ərzində 64 vahid yeni iş yeri açılmışdır ki, onların da hamısı daimi yeni iş
yeri olmuşdur. Açılan yeni iş yerlərindən 10-u mövcud hüquqi şəxslərdə, 54-ü
isə yeni yaradılmış hüquqi şəxslərdə açılmışdır.
Demoqrafik vəziyyət haqqında. Şuşa rayonunun ərazisi
290,0 kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 87 nəfər
təşkil edir.
2026-cı ilin oktyabr ayının 1-i vəziyyətinə Şuşa
rayonunun əhalisinin sayı 25,4 min nəfər olmuşdur. Doğulanların sayı 174 nəfər,
ölənlərin sayı 121 nəfər, təbii artım 53 nəfər olmuşdur. Rayon üzrə nikahların
sayı 86, boşanmaların sayı 49 olmuşdur.
Anar
Xəlilov
Şuşa
Rayon Statistika İdarəsinin rəisi
Rəylər
0 Rəy