Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-11-2026 , 10:05

227

Son xəbərlər

Bütün xəbərlər

Bu gün onun günüdür!

Sumqayıt
15-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tünzalə Qardaşova: "Boradigah bələdiyyəsində ümumi daxilolmalar 86 faiz artıb"

Masallı rayonu Boradigah bələdiyyəsində 2026-cı ilin ilk 10 ayı ərzində ümumi daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 86 faiz artıb. Yalnız vergi daxilolmaları üzrə isə 2,9 faizlik artım qeydə alınıb.

Bu barədə Boradigah bələdiyyəsinin sədri Tünzalə Qardaşova bildirib.

Bələdiyyə sədri əldə olunan nəticələri müsbət dinamika kimi qiymətləndirərək, vergi daxilolmalarının daha yüksək səviyyədə olmasının vacibliyini də vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə əsas məqsəd sakinlərdə vergi mədəniyyətini və yerli büdcənin formalaşmasında iştirak məsuliyyətini daha da gücləndirməkdir.

Tünzalə Qardaşova vergi öhdəliklərini vaxtında və məsuliyyətlə yerinə yetirən sakinlərə təşəkkürünü bildirib, digər vətəndaşları da bu prosesə fəal qoşulmağa çağırıb.

Onun sözlərinə görə, vergilərin vaxtında ödənilməsi yalnız qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrası deyil, həm də yaşadığımız ərazinin abadlaşdırılmasına, infrastrukturun yaxşılaşdırılmasına və sosial rifahın yüksəldilməsinə verilən töhfədir.

Bələdiyyə sədri vurğulayıb ki, yerli büdcənin gəlirlərinin artması ərazidə həyata keçiriləcək abadlıq və inkişaf tədbirləri üçün əlavə imkanlar yaradır. Bu baxımdan hər bir sakinin məsuliyyətli mövqeyi Boradigahın gələcəyinə yönəlmiş ümumi səylərin mühüm tərkib hissəsidir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid ailəsi ziyarət olundu

Region
06-11-2026
310