Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-10-2026 , 23:29

70

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Atabala Şeydayev:  “Kəndlərdə aparılan cari təmir işləri yerli infrastrukturun yaxşılaşdırılmasına xidmət edir”

“Pirəbədil bələdiyyəsi tərəfindən ərazilərdə yol infrastrukturunun yaxşılaşdırılması, kənd sakinlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Zeyvə və Qorqan kəndlərində məhəllədaxili yollarda cari təmir işləri həyata keçirilir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Atabala Şeydayev deyib.

Belediyye.infoya açıqlamasında sədr bildirib ki, aparılan təmir işlərinin əsas məqsədi kənddaxili yolların mövcud vəziyyətini yaxşılaşdırmaq, sakinlərin gündəlik gediş-gəlişini asanlaşdırmaq və nəqliyyat vasitələrinin hərəkəti üçün daha əlverişli şərait yaratmaqdır. Xüsusilə məhəllədaxili yolların təmiri kənd sakinlərinin gündəlik həyatında mühüm əhəmiyyət daşıyır, yaşayış məntəqələri arasında rahat əlaqənin təmin olunmasına töhfə verir.

Atabala Şeydayev bildirib ki, Zeyvə və Qorqan kəndlərində aparılan cari təmir işləri kənd ərazilərinin daha abad vəziyyətə gətirilməsinə, sakinlərin rahatlığının təmin olunmasına və yerli infrastrukturun yaxşılaşdırılmasına xidmət edir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər