Ruslan Əhmədov: “Bələdiyyə tərəfindən küçələrin işıqlandırılması və abadlıq işləri davam etdirilir”
“Bərdə şəhərində küçələrin işıqlandırılması, abadlıq işlərinin genişləndirilməsi və sakinlər üçün daha rahat yaşayış şəraitinin yaradılması istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir. Bununla bağlı bələdiyyə tərəfindən şəhərin infrastrukturunun yaxşılaşdırılması, küçə və yolların müasir tələblərə uyğun vəziyyətə gətirilməsi, eləcə də əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq işlər həyata keçirilir” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ruslan Əhmədov deyib.
Sədr qeyd edib ki, Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü
ilə Bərdə bələdiyyəsinin maliyyə vəsaiti
hesabına Şəhid Ədalət Ədilov, Şəhid Əli Məmmədzadə, Şəhid Şakir İsmayılov və
Cavanşir küçələrində işıqlandırma sisteminin qurulması istiqamətində işlər
görülüb. Həyata keçirilən tədbirlər çərçivəsində qeyd olunan küçələrdə işıq
plafonları quraşdırılıb, elektrik xətləri çəkilərək ərazilərin işıqlandırılması
təmin edilib.
Görülən işlər nəticəsində həmin küçələrdə gecə saatlarında
işıqlandırma şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu da sakinlərin
axşam və gecə saatlarında küçələrdə daha rahat və təhlükəsiz hərəkət etməsinə,
yol-nəqliyyat hadisələri riskinin azaldılmasına, eləcə də ictimai məkanlardan
daha səmərəli istifadəyə müsbət təsir göstərir.
Küçə işıqlandırmasının yaxşılaşdırılması şəhər mühitinin
daha əlverişli və müasir görünüş almasına, sakinlərin gündəlik həyat şəraitinin
yüksəldilməsinə xidmət edən mühüm tədbirlərdəndir. Xüsusilə şəhidlərin adını
daşıyan küçələrdə aparılan bu işlər həmin ərazilərin abadlaşdırılması və
infrastrukturunun yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Bərdə Şəhər Bələdiyyəsinin
dəstəyi ilə həyata keçirilən bu tədbirlər şəhərin abadlaşdırılması, kommunal
infrastrukturun yaxşılaşdırılması və əhalinin rahatlığının təmin olunması
istiqamətində görülən işlərin tərkib hissəsidir. Bu cür təşəbbüslər şəhərin
daha səliqəli, işıqlı və təhlükəsiz yaşayış məkanına çevrilməsinə töhfə verir.
Belediyye.info
Rəylər
0 Rəy