Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-06-2026 , 08:31

287

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəliyeva təqaud yaşı çatmış müəllimlərlə görüşüb

Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva və bələdiyyə əməkdaşı Bənövşə Orucova Şabran şəhərinin ümumtəhsil məktəblərində çalışan və 65 yaşı tamam olan müəllimlərlə görüşüblər.
Görüşün əsas məqsədi uzun illər ərzində təhsil sahəsində yorulmadan çalışan, gənc nəslin formalaşmasında və cəmiyyətin inkişafında mühüm xidmətləri olan müəllimlərə ehtiramın ifadə edilməsi, onların zəngin təcrübəsinin və əməyinin yüksək qiymətləndirilməsi olub.
Tədbir zamanı müəllimlərin peşə fəaliyyətindən, təhsil sahəsinin inkişafına verdikləri töhfələrdən danışılıb, onların yetişdirdiyi minlərlə şagirdin bu gün müxtəlif sahələrdə ölkəmizə xidmət etdiyi vurğulanıb. Bildirilib ki, müəllim peşəsi cəmiyyətin ən şərəfli və məsuliyyətli peşələrindən biridir və bu peşə sahiblərinə göstərilən diqqət hər zaman xüsusi əhəmiyyət daşıyır.
Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva müəllimləri 65 yaşlarının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edərək onlara möhkəm can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi və bundan sonrakı həyatlarında uğurlar arzulayıb. Görüş zamanı müəllimlərlə səmimi fikir mübadiləsi aparılıb, onların təklif və fikirləri dinlənilib.
Tədbirdə iştirak edən müəllimlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, belə görüşlərin onların əməyinə verilən yüksək dəyərin göstəricisi olduğunu qeyd ediblər.
Şabran bələdiyyəsi olaraq təhsil sahəsində xidmətləri ilə seçilən insanlara ehtiramın göstərilməsini mühüm vəzifələrdən biri hesab edir və bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Belə mənalı və nümunəvi tədbirin yüksək səviyyədə təşkil olunmasına göstərdikləri dəstəyə görə Şabran şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Çinarə Şeydayevaya, Şabran şəhər 2 nömrəli məktəb-liseyin direktoru Xatirə Ağayevaya və Şabran Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru İnci Fərzəliyevaya dərin təşəkkürümüzü bildiririk. Onların təhsil işçilərinə göstərdikləri diqqət və təşəbbüskarlıq bu cür tədbirlərin uğurla həyata keçirilməsində mühüm rol oynayır.
Sonda bütün müəllimlərə gələcək həyat və fəaliyyətlərində uğurlar, möhkəm can sağlığı və yeni nailiyyətlər arzulayırıq. Təhsilimizin inkişafı naminə göstərdikləri fədakar əməyə görə onlara minnətdarlığımızı ifadə edirik.
Şabran bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İnanıram ki,...

Region
09-05-2026
1537