Fidan Fərzəliyeva “Son zəng” tədbirində iştirak edib
Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva Şabran şəhər Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva
məzunları həyatlarının ən yaddaqalan günlərindən biri münasibətilə səmimi qəlbdən
təbrik edib, onlara gələcək təhsil və peşə həyatlarında uğurlar arzulayıb. O
bildirib ki, bugünkü məzunlar Azərbaycanın sabahını quracaq, ölkənin
inkişafında mühüm rol oynayacaq gənclərdir və onların vətənə bağlı, savadlı,
yüksək mənəvi dəyərlərə malik vətəndaşlar kimi yetişməsi hər birimizin əsas
arzusudur.
Fidan Fərzəliyeva gənclərin hər zaman dövlətimizin diqqət və
qayğısı ilə əhatə olunduğunu vurğulayaraq, onların öz bilik və bacarıqları ilə
ölkəmizin tərəqqisinə töhfə verəcəklərinə əminliyini ifadə edib.
Tədbir zamanı məktəbin pedaqoji kollektivinin uzun illər ərzində
göstərdiyi əməyi yüksək qiymətləndirilib, müəllimlərə gənc nəslin təlim-tərbiyəsində
göstərdikləri fədakar fəaliyyətə görə təşəkkür edilib. Həmçinin məzunların
yetişməsində böyük zəhməti olan valideynlərə minnətdarlıq bildirilib.
Sonda məzunlara gələcək həyat yollarında uğurlar dilənib,
onların daim yüksək zirvələri fəth etmələri, Vətənə layiqli övladlar kimi ölkəmizin
inkişafına xidmət etmələri arzu olunub.
Tədbir şagirdlərin hazırladıqları bədii kompozisiyalar, musiqi nömrələri və “Son zəng” ənənəsinin simvolik zəng çalınması ilə yadda qalıb.
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy