Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-05-2026 , 10:04

112

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Göyçay bələdyyələri əmlak vergisinin həcmini 47 faiz artırıblar

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Göyçay rayonunda formalaşan 13  bələdiyyənin büdcə gəliri 565.900 manat olub. Bu 2024-ci llə müqayisədə 24.5  faiz çoxdur. 2024-cü ildə 26 bələdiyyənin əldə etdiyi vəsaitin həcmi 454.700 manata bərabər olub.

Əldə edilən gəlirin 43.9 faizi vergilərdən, 56.1 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 22.4 faizi torpaq, 21, 4 faizi əmlak vergisindən daxil olub. Əmlak vergisindən daxil  olan vəsaitin həcmi ötən illə müqayisədə 47 faiz  artıq olub. Belə ki, 13 bələdiyyənin birgə əldə etdiyi əmlak vergisinin həcmi 121.300 manata bərabər olub.

Göyçay bələdiyyələrinin büdcə gəlirinin 38.6 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. Rayon bələdiyyələri ötən il 158.500 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 29.3 faiz çox deməkdir.  İl ərzində Göyçay bələdiyyələrinə 90 min manat dotasiya ayrılıb. Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən bələdiyyə büdcəsinə 1500 manat, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən isə 1100 maliyyə vəsaiti daxil olub.

Avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər