Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-04-2026 , 23:01

145

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Aqil Heydərov: “Büdcə gəlirlərindən ki artım vergi-uçot sisteminin qurulması ilə bağlıdır”

“Hər bir bələdiyyənin vergi-uçot sistemi elə qurulmalıdır ki “saat mexanizmi” kimi dəqiq işləsin. Əgər hər hansı bir istiqamətdə boşluq olarsa, vergi yığımında müfəttişlərin üzləşdiyi problemlər dərhal öz həllini tapmırsa, o zaman bələdiyyədə layihələrin icrasında axsamalar olacaq, əməkhaqqının ödənişi ləngiyəcək, üstəlik DSMF və digər borcların həcmi artacaq”- bu fikirləri Belediyye.infoya Saatlı bələdiyyəsinin sədri Aqil Heydərov deyib.

Sədin sözlərinə görə, bu gün bələdiyyədə vergi-uçot sistemi yenidən qurulmuş, mövcud boşluqlar aradan qaldırılmış, nəticədə əvvəlki illərdən yığılıb qalmış borcların böyük əksəriyyəti bir il ərzində bağlanılmışdır.

Ötən bir il ərzində həqiqətən çox ciddi işlər həyata keçirilib. Bələdiyyənin məhz bu fəaliyyətinin nəticəsidir ki, büdcə gəlirlərində kifayət qədər artım müşahidə olunub. 2025-ci ilin birinci rübü ilə müqayisədə cari ildə əldə edilən büdcə gəlirlərində kifayət qədər artım müşahidə oliunub. Belə ki, ötən ilin birinci rübündə üç ay ərzində cəmi 463 manat vergi toplanılmışdırsa, cari ilin birinci rübündə bu rəqəm 16828 manat təşkil edib. Onun da 8.847 manat əmlak vergisindən, 7.871 manatı isə torapq vergisindən əldə olunub.

Bələdiyyənin vergi xidməti bu templə fəaliyyət göstərsə cari ildə daha böyük nəticələrə imza ata biləcəyik.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər