Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-03-2026 , 00:25

63

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Sakinlərlə səyyar görüş keçirilib


 Bu gün Mollaoba kəndində sakinlərlə səyyar görüş keçirildi. Görüş Boradigah Bələdiyyəsi və Masallı Rayon İcra Hakimiyyətinin Boradigah inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutdu.

Görüş zamanı kənd sakinlərini narahat edən məsələlər dinlənildi və müzakirə olundu. Xüsusilə Mollaoba kənd stadionu, eləcə də ərazidə yerləşən və problem yaradan suötürücü kanallarla bağlı məsələlərə aydınlıq gətirildi.

 Qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə və mərhələli qaydada həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Sakinlərin müraciət və təkliflərinin dinlənilməsi, yerində araşdırılması və həlli istiqamətində ardıcıl fəaliyyət davam etdiriləcəkdir.

Boradigah bələdiyyəsi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər