Zülfüqar Yusifov: “İnteqrasiya prosesi bələdiyyənin maliyyə imkanlarının artırılmasına öz töhfəsini verib”
“Gədəbəy bələdiyyəsi hesabat dövründə il ərzində bir çox iri həcmli layihələrin icrasını həyata keçirib. Bununla yanaşı Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsi tərəfindən göndərilən metodik tövsiyyələr fəaliyyətimizi daha təkmil olmasına öz müsbət təsirini göstərib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Zülfüqar Yusifov deyib.
“Bələdiyyə fəaliyyətində mühüm
yer tutan yerli
vergilərin toplanmasına köməklik
məqsədi ilə bələdiyyələrin avtomatlaşdırılmış məlumat
sistemi (BAMS) bələdiyyələrin səmərəli
işinin təşkilində proqramın
təminatı təkmilləşdirilmiş və əsası proqram Əmlak
Məsələləri Dövlət Xidmətinin elektron bazasına
inteqrasiya olunmuşdur. Gədəbəy bələdiyyəsi BAMS-da
öz inzibati ərazisində
fiziki şəxslərin mülkiyyət
hüququnu dövlət qeydiyyatına
alınmış, Daşınmaz Əmlak və torpaq
sahələri barədə məlumatlarla
tanış olduqdan sonra
bələdiyyənin məlumat baza
sisteminə işlənmişdir. Bu da öz
növbəsində bələdiyyənin maliyyə
imkanlarının artırılmasına səbəb
olub”- bu fikirləri də Zülfüqar Yusifov deyib.
Sədr bildirib ki, Gədəbəy bələdiyyəsi
2025 - ci ildə SMS və VEB
proqramına qoşulmuş hər
bir vətəndaşa ayrı
ayrılıqda SMS göndərilmişdir.
Belediyye.info
Rəylər
0 Rəy