Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-08-2023 , 16:28

4082

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Mətləb Əliyev: “Məqsədimiz bələdiyyənin vergi-uçot sistemini təkmilləşdirməkdir”

“Bələdiyyənin büdcə gəlirlərini artırmaq üçün  vergi-uçot sistemini təkmilləşdirilməsiylə bağlı  ciddi addımlar atırıq” – bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.

Sədrin sözlərinə görə,  yerli özünüidarəetmənin fəaliyyətində səmərəliliyinin artırılması üçün ilk növbədə bələdiyyənin mövcud maliyyə istiqamətlərindən daxil olan vəsaitin həcminə yenidən baxılmalı, təhlil edilməli, bildirişlərin vergi ödəyicilərinə  vaxtında çatdırılması təmin edilməlidir. Elə etmək lazımdır ki, vətəndaş bildirişi almaqla vergilərini ödəməyə maraqlı olsun. Bunun üçün bələdiyyənin vergi xidmətinin üzərinə ciddi məsuliyyət yükü düşür. 

Üstəlik bələdiyyənin vergi xidməti borclu vergi ödəyiciləriylə işləməyi bacarmalı, bu sahədə maarifləndirməyə ciddi önəm verilməlidir. Vətəndaş bilməlidir ki, noyabrın 15-dək vergilərini ödəməsə cərimə tətbiq ediləcəkdir.

Son illərdə bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər öz bəhrəsini verməkdədir. Son iki ildə bələdiyyəmizin büdcə gəlirləri 28%-dən çox artmışdır. Fəaliyyətimiz nəticəsində cari ildə də büdcə gəlirlərində artımın olacağı şübhəsizdir.

Bələdiyyələrlə iş Mərkəzi tərəfindən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəçisi olan fiziki şəxslərin bələdiyyələrdə vergi ödəyicisi kimi uçota götürülməsi və vergilərin hesablanaraq yığılmasının təmin edilməsi məqsədilə hazırlanan tövsiyə də fəaliyyətimizə kömək göstərəcəyinə əminəm.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
258

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
261

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
227

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
268