Bələdiyyə sədri: "İnanıram ki, BAMS -ın verdiyi imkanlardan və vergi ödəyicilərinin səyi ilə cari ildə məhz qarşımıza qoyduğumuz hədəfə çatacağıq"
Qımıl kəndində şəhidin xatirəsi anılıb
Hövsan qəsəbəsində şəhid Elzar Yusubovun xatirəsi anılıb
Sahil bələdiyyəsinin rəhbərliyi şəhid ailələrini ziyarət ediblər
Şabran rayonunda şəhid ailələri ziyarət olundu
Mingəçevir bələdiyyəsində qazilərlə görüş keçirilib
Sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verildi
Çingiz Məmmədov: "İnanırıq ki, hədəfimizə çatmaqla seçicilərimizə verdiyimiz sözü tuta biləcəyik"
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq
Avstriyada işgüzar səfərdə olan nümayəndə heyətinin tərkibində bələdiyyə sədri də var
Təmraz Tağıyev: “Sonuncu əməliyyatdan sonra qazinin artıq sərbəst danışması və qida qəbulundakı problemlər aradan qaldırılıb ”
Bələdiyyələr və Qiymətləndirmə Palatası: münasibətlər necə tənzimlənir?
Sumqayıt şəhərində infrastrukturun yenilənməsi və vətəndaşların rahatlığının təmin olunması istiqamətində aparılan işlər davam etdirilir.
Sədr: "Əmircan bələdiyyəsində vergi-uçot sistemi, demək olar ki, yox səviyyəsində olub"

Yüklənir...
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Bir məktubun izi ilə
Ağstafa RİH-ə ünvanlan məktub niyə 80 gündən sonra cavablandırılıb
Son günlər bir sıra rayon icra başçılarıyla bağlı məqamlar yenidən gündəmə gəlmişdi. Bəzi rayonlara təyin edilən icra başçılarının danışıqlarından hiss olunurdu ki, onların yerlərdəki problemlərdən bir o qədərdə dərindən məlumatları yoxdu. Sanki bu siyasi rəhbərlər əhali arasında olmağı sevmir, üstəlik sakinlərlə ünsiyyət qurmağa da meylli deyillər. Bir çox hallarda bəzi siyasi rəhbərlər bələdiyyə sədrləriylə isə hətta DOST mərkəzlərində işə düzələn sosial işçilər kimi davranırlar. Maraqlı məqam bir də ondadır ki, bəzi siyasi rəhbərlərdə özündənrazılıq elə səviyyəyə çatıb ki, bələdiyyənin üzləşdiyi problemi dinləmək belə istəmirlər. Yəni bələdiyyə sədri birbaşa icra başçısına söz deməkdən mərhumdur. Qısası başçı onları qəbul etmir və konkret olaraq tapşırıq verilib ki, başçını narahat etməsinlər. Bütün məsələlər birinci müavinə deyilməlidir.
Sözsüz ki, birinci müavində ona deyilən sözü milli mental dəyərlərə uyğun öz oranjemanında başçıya deyir, sonda problem şişir və öz həllini tapmır. Nəticə də narazılıq baş qaldırır. Əgər icra başçısı ona deyilən müraciəti qulaqardına vurmasaydı düşünürəm ki, hec bir problem bu qədər böyüyüb hamını narahat etməzdi.
Bir çox hallarda bələdiyyə sədrlərindən bu kimi məlumatlar eşidəndə narahat olmaya bilmirsən.
Nə isə, mətləbdən uzaqlaşmayım.
****
Cari ilin mart ayının əvvələrində Belediyye.infonun elektron poçtuna Ağstafa rayon Eynali bələdiyyəsinin sədri, şəhid anası Elnarə Abbasovadan müraciət daxil olmuşdu. Məktubun əsas qayəsi icra-bələdiyyə münasibətlərində yaranan uçuruma aydınlığın gətirilməsiydi. Bizdə sədrin ciddi ittiham və iradla dolu müraciətinə söykənərək hazırladığımız müraciəti rayon icra hakimiyyətinin başçısına ünvanladıq. Və məktubda qaldırılan məsələlərə aydınlıq gətirilməsini xahiş etdik. Yəni jurnalistikanın “qanunlarına” uyğun olaraq mövzunu icitmailəşdirməmiş qarşı tərəfində fikirlərini öyrənmək istədik. Qısası, bizə edilən müraciəti birtərəfli qaydada yayınlamaq istəmədik. Cari ilin 29 mart tarixində Ağstafa RİH başçısı Seymur Orucova etdyimiz müraciətə, təsəvvür edin ki, 24 iyunda cavab məktubu aldıq. Özü də ciddi danışıqlardan sonra. Etiraf edim ki, QHT sektorunda müəyyən iz qoymuş gənc və perspektivli kadr hesab olunan Seymur Orucovun rəhbəri olduğu icra hakimiyyətinin işçilərinin vətəndaş müraciətinə bu cür etinasız yanaşmasını nə icra başçısına, nə də ki onun komandasına yaraşdırmadım.
***
Ağstafa RİH rəsmilərinə xatırladıram ki, Azərbaycan Prezidenti İlham Əliyevin 30 sentyabr 2015-ci ildə təsdiq etdiyi “Vətəndaş müraciləri” haqqında qanunun 1.1 maddəsində qeyd edilir ki, “Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır”
Həmin qanunun “Müraciətə baxılması müddəti” adlanan 10-cu maddəsində isə konkret olaraq qeyd edilir. Ağstafa RİH təmsilçilərinə bunu bir daha xatırladıram:
“10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
10.2. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.”
Mən hələ məktubun təhlilinə keçməmiş qeyd etməliyəm ki, 29 mart tarixində göndərilən məktuba 24 iyun tarixində cavablandırılması özü artıq qanunpozuntusu kimi başa düşülməlidir. Məhz adını çəkdiyimiz qanunun 16 maddəsində qeyd edilir ki, “bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.”
Bəli, məsuliyyət daşıyırlar və daşımalıdırlar. Bu arada mən “İnforamsiya əldə etmək haqqında” Qanunun 24 maddəsində ki “İnformasiya sorğusunun icra müddəti” məsləsinə toxunmuram. Xatırladıram ki, “informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.
Göründüyü kimi, qanunlarımız çox yüksək səviyyədə hazırlanaraq və ölkə başçısı tərəfindən təsdiq edilərək bizlərə və bizim məmurlara təqdim edilib, habelə təqdim edilməkdədir. Qalır bu qanunların tələblərinə uyğun fəaliyyət göstərmək.
****
Yuxarda belə bir cümlə qeyd etmişdim ki, cavab məktubunu çox çətinliklə ala bildim. Demək, müraciətimin iki ayının tamamında Ağstafa RİH-ə müraciət edib məktubumun kimin üstünə yazıldığını öyrəndim. RİH- in sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində çox yüksək səviyyə və təmkin nümayiş etdirərək suallarıma anındaca cavab verərək, müraciətimin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şahhüseyn Qurbanovda olduğunu bildirdilər. Və onun iş otağının telefon nömrəsini də verməyi unutmadılar.
Çox hörmətli Şahhüseyn müəllimlə bir neçə dəfə telefon danışığım oldu. İlk danışıqda nədənsə hansısa səbəbdən mənə cavab verildiyini isbat etməyə çalışdı. Üstəlik söhbət əsnasında yaranan bəzi suallarıma cavab verməyi unutmadı. Misal olaraq yeni seçilən şəhid anası olan xanım sədrin rayon səviyyəli tədbirlərə niyə dəvət edilmədiyini soruşduqda birmənalı olaraq xanımın seçilməsiylə bağlı protokolun icra hakimiyyətinə təqdim etməli olduğu deməsi məni çox narahat etdi. Yəni qanunla bələdiyyə iclasının bütün protokolları inzibati nəzarət qaydasında Ədliyyə Nazirliyinin müvafiq qurumlarına təqdim etməli olduğunu hörmətli şöbə müdiri bilməmiş deyil. Üstəlik, bələdiyyədə guya yaranmış xoşagəlməz mühitlə bağlı müvafiq orqanlara müraciət edilməsini və həmin orqanların bələdiyyədə hər hansı qanun pozuntusunun olmaması qeyd edilsə də, təkrar olaraq RİH-də bələdiyyə ilə kin-küdurət mühitini yaradılması kimə və nəyə lazım idi. Üstəlik seçilən sədrin şəhid anası olmasını bildiyimiz halda...Nə isə...
Mənim müraciətimə ünvanlanan cavabı isə ancaq “yola verdik” kimi qəbul edirəm. Olsun. Mən müzakirənin davam etməyə maraqlı olmasamda və hər iki tərəfin təmsilçiləriylə yalnız telefon danışıqlarımdan artıq kimin düz, kimi yalnış yolda olması mənə bəlli olduğundan mövzunun daha dərinliyinə kimi getmək istəmədim. Düşünürəm ki, kiçik bir araşdrıma yerli məmurları icra-bələdiyyə münasibətlərinə yenidən baxmağa imkan yaratmış olacaqdır. Hər halda belə düşünək.
Bununla yanaşı gəlin unutmayaq ki, istənilən məmur kimliyindən asılı olmayaraq, qanunlarımıza hörmətlə yanaşmalıdır. Bu onun həmdə borcudur. İcra-bələdiyyə münasibətlərinin tənzimlənməsində əsas rolu isə siyasi rəhbərlə yanaşı, onun rayonda formalaşdırdığı komandanın üzərinə düşür. Bu komanda münasibətləri tənzimləmək əvəzinə başqa yolu seçəndə rayonun adına ciddi problem yaranır və məmurların bu kimi addımları nəticə etibariylə siyasi rəhbərin nüfuzuna da xələl gətirmiş olur. Odur ki, indiki həssas məqamda gəlin atdığmız hər bir addımımıza bir qədər diqqət yetirək. Edilən müraciətlərə həm vaxtında cavab verək, həm də tanımadığmız şəxslə danışanda diqqətli olaq.
Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri
Avstriyada işgüzar səfərdə olan nümayəndə heyətinin tərkibində bələdiyyə sədri də var
Bələdiyyələr və Qiymətləndirmə Palatası: münasibətlər necə tənzimlənir?
Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ: Bələdiyyələr satışı bu cür həyata keçirir
2025-ci ilin yanvar-mart aylarında Şuşa rayonu üzrə ümumi məhsul buraxılışı haqqında
Seymur Rəsulov: "İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir "
Manaf Manafov: “Xalqımız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə...."
Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib
Mehmanxana ödənişlərinin 83 faizi paytaxt bələdiyyələrinin üzərinə düşür
Ötən il bələdiyyə müəssisələrindən nə qədər mənfəət vergisi daxil olub?
Təmraz Tağıyev: “Qanuna dəyişikliyin əsas məqsədi şəffaflığın təmin edilməsidir”
Vüqar Tofiqli: Bələdiyyələrin vahid informasiya sisteminin əsas üstünlüyü..
Nazir Fərid Əhmədov Özbəkistanda IV Beynəlxalq Hüquq Forumunda iştirak edir
Orxan Əliyev: “Belediyye.info” yalnız məlumat yayıcısı deyil, eyni zamanda...."
Azərbaycan və Özbəkistan QHT-ləri üçün birgə qrant müsabiqəsinin elanına hazırlıq görülür
Rəylər
0 Rəy