Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-05-2023 , 23:03

10313

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +
 "Əzizlərim, onsuz da cığırı açmışıq, hədəfə çatmışıq, gələcək daha aydın olacaq" - BƏLƏDİYYƏ SƏDRİNDƏN SƏRT İTTİHAM 

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ildə az vergi toplamışıq. Mənə sual edirlər ki, niyə belədir. Deyirəm ki, keçən il vergi vermək istəməyənləri İcra və Probasiya şöbəsinə yönəltmişdik. Bu il isə Ağsu rayonu İcra hakimiyyəti başda olmaqla dövlətin qurumlarının təzyiqi altında vergi ödəməyənləri İcra və Probasiyaya yönəltməmişik. Sıfır yönəltmə var. Bizə Dövlət Vergi Xidmətinin fəaliyyət göstərdiyi kimi fəaliyyət göstərməyə imkan vermirlər. Uduzan kimdir?
1. Əgər vergi ödəyiciləri 3 il ödəmirlərsə 4-cü il vergini almaq olmur. Qalıq vəasit ölür və sıradan çıxır. Bələdiyyə büdcəsi vəsaitdən məhrum olur.
2. Vergi ödəyicilərində mənfi alışqanlıq yaranır və qanunların işləmədiyi düşüncəsi formalaşır. Bələdiyyəyə vergi ödəməkdən yayınma halları artır.
3. Bələdiyyə büdcəsi ilin sonuna kəsirlə gedir və böyük məbləğdə vəsait hər il o biri ilə ötürülür. Bu Gəgəli bələdiyyəsində 30000 manat həcmində ölü vəsaitdir. Görüləcək işlər kəsirlə görülür.
4. Maarifləndirmə və motivəetmə halları da qısa müddətli yararlı olur. İnzibati tədbirlər görülmədiyi üçün vergi verənlərlə verməyənlər arasında narazılıq yaranır.
Odur ki, rayon İcra hakimiyyətlərinə və digər qurumların nümayəndələrinə irad tutulmalıdır ki, Konstitusiyaya uyğun olaraq bələdiyyələrin işinə qarışmasın və əksinə bələdiyyələri dəstəkləsin. Son zamanlar eşidirəm ki, rayon İcra hakimiyyəti nümayəndələri kənd camaatı və nüfuzlu adamlar arasında şaiyələr yayırlar ki, gələn seçkidə heç cür imkan verməyəcəklər ki, Fariz Xəlilli seçilsin...
Əzizlərim, onsuz da cığırı açmışıq, hədəfə çatmışıq, gələcək daha aydın olacaqdır.
Fariz Xəlilli
Ağsun rayonu Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
526

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
531

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
732

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
564

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
773