Təmraz Tağıyev: "30 noyabr tarixində Dövlət Ekoloji Ekspertiza Agentliyinə ünvanladığımız müraciətə hələ də cavab verilməyib"
Təmraz Tağıyev: “30 noyabr
tarixində Dövlət Ekoloji Ekspertiza Agentliyinə ünvanladığımız müraciətə hələ də
cavab verilməyib” BƏLƏDİYYƏ SƏDRİNDƏN
SƏRT İTTİHAM
“Bu gün bələdiyyələrdən daxil olan müraciətlərə Dövlət Ekoloji
Ekspertiza Agentliyinin vaxtında cavab verməməsi nəticə etibaryılə qurumuş ağacların təhlükə risqini bir xeyli
artırmış olur”- bu fikirləri Belediyye.infoya Azərbaycan Şəhər Bələdiyyələrinin
Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev
bildirib.
Sədrin sözlərinə görə, ötən ilin sonunda BŞİH-nin Yaşıllaşdırma idarəsinin
əməkdaşlarıyla birgə aparılan monitorinq zaman
rayon ərazisində 221 qurumuş
ağacın siyahısı küçə və prospektlər üzrə
tərtib edilərək qanunvericilik qaydasında müvafiq rəyin alınması üçün
Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəsmi şəkildə müraciət edilmişdir.
Siyahıya isə ilk növbədə götürülməsi vacib olan ağaclar salınmışdır.
Təəssüf hissiylə bildirmək istərdik ki, 30 noyabr 2022-ci il tarixində göndərilən
məktuba bu günədək Dövlət Ekoloji
Ekspertiza Agentliyi tərəfindən cavab
verilməyib. Agentliyin bu cür etinasız addımı sayəsində köküstə qurumuş
ağacların bəziləri yıxılaraq vətəndaşlara ciddi ziyan vurmuşdur.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəsmilərinin bu cür vacib məsələyə
qeyri-ciddi yanaşması bələdiyyələrə
problem yaratmaqla yanaşı həm də, vətəndaşı bələdiyyədən və müvafiq mərkəzi
icra orqanından narazı salır.
Düşünmək olar ki, bizim bu müraciətimizdən nəticə cıxararaq Dövlət Ekoloji
Ekspertiza Agentliyində çalışan məmurlar, cənab Prezidentin söylədiyi
kimi, xalqın xidmətçisi olmağa çalışacaqlar.
P.S. Məlumatda adıçəkilən orqanında məsələyə münasibətini verməyə hazırıq.
Belediyye.info
Rəylər
0 Rəy