Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-11-2026 , 19:32

110

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ağdam və Füzuli bələdiyyələrinin nümayəndələri üçün dəfnlərin qeydiyyatı ilə bağlı seminar keçirilib

 Ədliyyə Nazirliyinin Qarabağ regional ədliyyə idarəsi Ağdam və Füzuli rayonlarında fəaliyyət göstərən bələdiyyələrin üzvləri, qulluqçuları və könüllüləri üçün onlayn seminar təşkil edib.

 Seminar bələdiyyələrdə dəfnlərin qeydiyyatı ilə bağlı kargüzarlıq məsələlərinə həsr olunub.

 Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə" 4 dekabr 2018-ci il tarixli 522 nömrəli və “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 30 iyul 2024-cü il tarixli 368 nömrəli Qərarlarının, habelə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun tələbləri ilə bağlı hüquqi maarifləndirmə aparılıb.

 Seminar zamanı təcrübədə rast gəlinən çətinliklər müzakirə olunub və onların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib.

 Sonda mövzuya dair metodiki materiallar 163 bələdiyyə üzvü, qulluqçusu və könüllüyə elektron qaydada göndərilib.

https://belediyye.gov.az/news/qarabag-11-3


Rəylər

0 Rəy


Rəy yaz