Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-08-2026 , 23:11

273

Son xəbərlər

Bütün xəbərlər

Keçmişdən gələcəyə - toplaşaq muzeylərə!

Elmi-Praktik Məsələlər
07-08-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

İcra başçılarının səyyar qəbulları: yeniliklər tətbiq edilsin ya…

Etiraf etməliyik ki, bu gün rayon icra hakimiyyəti başçılarında elə də ciddi səlahiyyət qalmayıb. Bəzən bələdiyyələrə qarşı “səlib yürüşünə” başlanılmasının da kökündə məhz bu məqam dayanır, desəm, yəqin ki, yanılmaram. Əslində əvvəlki səlahiyyət  yükünün bu gün   qalmamasında özlərinin də günahları az deyil. Prosesi diqqətlə izlədikçə yerli idarəetmənin regional səviyyəyə keçəcəyinə ümidim ilbəil artır.

Bu gün demək olar ki, bütün mərkəzi icra orqanlarının regional idarəetməyə keçid etməsi nəticədə RİH başçısının ən sadə idarə-müəssisə rəhbərinə, hətta bağça müdirinə və  məktəb direktoruna hansısa sözü deməsinə sanki "veto qoyub". Bu gün icra başçısı hansısa orqanın rəhbərinə söz demək səlahiyyəti yoxdursa, onda vəziyyət bir qədərdə qəlizləşir. Ancaq onu da etiraf edək ki, səlahiyyətlərində azalmalar, özü də ciddi şəkildə azalmalar olsa da, bütün hallarda “bacarığı olanlar əməlli başlı çalışır". Ya otel (moteldə ola bilər) tikir, ya hansısa ictimai iaşə obyekti açır, ya da ağıla gəlməyən bir sahənin inkişafına maraq göstərir.  Və nəticədə əvvəlkilər kimi olmasa da, hər halda bir “iş görürlər”. Olsun. Bu məqamda onu da əlavə edim ki, dövlətinə sədaqətlə xidmət edənlərin bəziləri bu addımlarından qazandıqlarının 80 faizini məhz rəhbərlik etdiyi rayonda vətəndaş məmnunluğunun təmin edilməsinə xərcləyir.

Ancaq bu gün bir sıra siyasi rəhbərlərin özlərinin şəxsi məsələlərindən başqa, idarəetmə sahəsində yenilyə can atmaması, yeniliyin  tətbiq edilməsinə maraq göstərməməsi  təəssüf hissi doğurur.

Yeri gəlmişkən, bir məqama toxunmaq istərdim. Elə səyyar vətəndaş qəbullarını götürək. Sual olunur, niyə bu qəbullar barəsində statistik məlumatlar paylaşılmır. Yəni rüb və ya yarım il ərzində RİH tərəfindən necə nəfər qəbul edildi, onların neçəsinin qaldırdığı problem öz həllini tapdı, həllini tapan məsələlər daha çox sahə ilə bağlı olub. Və sair, və ilaxır.

Sözüm ondadır ki, beş il əvvəldə, indi də səyyar vətəndaş qəbulları  eyni formatda  təşkil edilir. Prosesdə hansısa yenilik tətbiq edilmir. Əgər qəbullar rayon səviyyəsində təşkil edilirsə, onda rayon hüquq-mühafizə orqanlarının  rəsmiləri, yəni söz sahibləri niyə belə görüşlərə dəvət edilmir. Və belə görüşlərdə tam tərkibdə iştirak etmir.  

Və yaxud hansı səbəbdən bütün qəbullarda birinci cərgədə yalnız RİH rəsmiləri əyləşməlidir. Əgər bu qəbul vətəndaş üçündürsə onda vətəndaş nədən arxa planda oturmalıdır. Sözsüz ki, prosesə hazırlığın olmasının mən tərəfdarıyam. Ancaq vətəndaşın arxa cərgələrdən boylanaraq prosesi izləməsinə yaxşı hal kimi baxmıram.   

Düşünürəm ki, RİH başçılarının səyyar vətəndaş qəbullarına ciddi yanaşılmalı, yeniliklərin tətbiqinə meydan verilməli, müəyyən standartdan kənara çıxılmalı və ən əsası bu qəbullarla bağlı müəyyən hesababatlar ictimailəşdirilməlidir. Yəni sosial şəbəkədən istifadə edən vətəndaş bilməlidir ki, icra başçısının qəbulu nə vaxtdır, qəbul harada keçiriləcək və qəbulda kimlər iştirak edəcəkdir. Bununla yanaşı deməliyəm ki, rüb ərzində qəbullarla bağlı müəyyən statistik məlumatların paylaşılması nəticədə RİH-in azalan nüfuzunun bərpasına kömək etmiş olacaqdır.

Onu da əlavə edim ki, RİH başçısının hesabat yığıncağından hansısa məmurun icra başçısının hansısa fikrini guya gizli çəkliş edib, sosial şəbəkədə paylaşılması yenilik kimi qəbul edilə bilməz. Çünki icra başçısının, xüsusən də  kiminsə barəsində dediyi sözün çəkilib paylaşılmasını 7-77-dək hər kəs “qurama iş” olduğunu başa düşür. Buna yenilik demək olmaz. Bu addımın təşklini icra başçısı kimisə “vurmaq” üçün istifadə edirsə, yanılır,  əslində belə addımlar hər zaman əks reaksiya verir. Bir məqamı məndə xüsusilə vurğulayım ki, siyasi rəhbərlər belə ucuz reklama getməsinlər, ictimaiyyət tərəfindən belə addımlar müsbət qəbul edilmir. Nə isə…

Beləliklə, biz yazdıq. İnanıram ki, RİH-lərdə çalışanlar oxuyub özləri nəticə çıxaracaqlar.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
859