QHT sədri: “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ən müasir tələblərə cavab verməsi üçün hər birimiz öz töhfəmizi verməliyik”
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Elnar Mehdiyev və qoruğun Baş fond mühafizəçisi Asim Adıgözəllə görüşü keçirilib.
Bu barədə Belediyye.infoya məlumatı “Bələdiyyələrin fəaliyyətinin
təbliği” İctimai birliyinin sədri Vüqar Cəfərov bildirib.
İctimai birliyin sədri görüş iştirakçılarına layihənin məqsədi barədə ətraflı məlumat verib. Görüş zamanı sədr bu görüşədək artıq Cəlilabad,
Masallı, Yardımlı və Siyəzən rayon bələdiyyələrində
keçirilən görüşlərdə səslənən təklif və tövsiyələrə toxunub. Siyəzən rayonuna səfər
çərşivəsində “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda
olduğunu, ziyarət zamanı bir neçə xarici ölkədən ziyartəçilərin gəlidyinin
şahidi olduğunu qeyd edib.
Vüqar Cəfərov görüşdə “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğunun daha geniş və səmərəli fəaliyyəti üçün vətəndaş cəmiyyətinin
təsmilçisi olaraq hər zaman dəstək verməyə hazır olduqlarını bildirib. Qoruğun
Həmyə bələdiyyəsinin inzibati ərazisinə düşdüyünü və qoruq tərəfindən atılacaq
addımlara yerli bələdiyyələrin də cəlb edilməsinə yardımçı olmağa hazır
olduğunu bildirib.
QHT sədri bildirib ki, Beşbarmaq dağı” Dövlət
Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ən müasir tələblərə cavab verməsi üçün hər
birimiz öz töhfəmizi verməliyik. Siyəzən rayonunda formalaşan bələdiyyələrində
üzərinə müəyyən məsuliyyət yükünün düşdüyünü də xüsusilə qeyd etmək yerinə düşər.
“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun
direktoru Elnar Mehdiyev görüşdə qoruğun 8 iyun 2020-ci il tarixli Prezident sərəncamına
əsasən yaradıldığını və hazırda
Beşbarmaq dağı təbiət abidəsinin ərazisini əhatə etdiyini qeyd edib. Ötən dövrdə
həyata keçirilən işlərə toxunan qoruq müdiri qeyd edib ki, fəaliyyətimiz əsasən
bir neçə istiqamətə yönəlib. Bir tərəfdən ərazinin tarixi köklərinin
araşdırılması üçün ərazidə arxeoloji qazıntıların aparılmasına, digər tərəfdən ərazinin
ziyarətçilər üçün əlçatanlığını artırılmasına və ətraf təbiət ərazilərinin
qorunmasına çalşırıq. Bu
gün əsas məqsədimiz qoruğun təmiz saxlanılmasıdır. Bununla yanaşı qoruğun tam şəkildə
fəaliyyəti üçün əlimizdən gələni əsirgəmirik.
Görüşdə mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, Azərbaycanın nadir təbiət abidələrindən olan Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarixi və mədəniyyət abidələri (son tunc - ilk dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, ilk orta əsrlərə aid qala və XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir. İlk orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi “Xəzər sahil mühafizə konstruksiyaları” daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib.
Belediyye.info
Rəylər
0 Rəy