Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi
Bir neçə gün əvvəl “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi olaraq Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində növbəti görüşüm Masallı bələdiyyəsinin inzibati binasında baş tutmuşdu.
Bundan
bir müddət əvvəl də Masallı bələdiyyələrin iştirakı ilə geniş tərkibdə
keçirilən görüşdə bələdiyyələrin fəaliyyəti ilə bağlı fikirlərimı bölüşmüşdüm.
İki
günlük bu səfər çərçivəsində isə maddi-mədəni irsin bələdiyyələr tərəfindən öyrənilməsinin
vəziyyəti ilə bağlı rayonun bir sıra bələdiyyələri ilə görüşlər keçirdim,
həmçinin rayondakı tarix-diyarşünaslıq müzeyini ziyarət etdim. (Muzeylə bağlı
təəssüratlarımı növbəti yazıda qeyd edəcəyəm.) Bu yazı da isə əsasən rayonda
formalaşan bələdiyyə-icra münasibətlərinə
toxunacağam.
Beləliklə, Masallı şəhər, Boradigah, Yeddioymaq, Təklə, Kolatan bələdiyyələrinin sədrləri ilə ayrı-ayrılıqda keçirdiyim görüşlərimdə bələdiyyələrin həyata keçirdikləri layihələr barəsində, üzləşdikləri çətinliklər barədə geniş fikir mübadiləsi apardım.
Sözsüz ki, əsas diqqətimi bələdiyyə-icra münasbətlərinə və özündə qədim
tarixi daşıyan Masallı rayonunda bələdiyyələrin maddi-mədəni irsə göstərdikləri
dəstəyə yönəltmişdim. (Bələdiyyələrin
maddi-mədəni irsə göstərdikləri dəstəklə bağlı təəssüratlarımı növbəti yazıda
qeyd edəcəyəm)
Görüşdüyüm
və inzibati binalarında olduğum bələdiyyə sədrləri ilə, habelə bələdiyyə qulluqçuları
ilə birbaşa və dolayısı ilə etdiyim söhbətlərdən gəldiyim nəticəyə görə, rayonda icra hakimiyyəti
orqanının rəsmiləri, xüsusəndə rayonun siyasi rəhbəri bələdiyyələrin inkişafına
hər bir halda maraqlıdır. Siyasi rəhbər hər bir sədrə seçicilərlə əlaqələrin qurulmasına
ciddi fikir verməyi, vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmağı, mövcud
problemlərin həllinə maraqlı olmaqla yanaşı oturduqları inzibati binanın
bələdiyyənin adına layiq olmasını və ən vacibi isə büdcə gəlirlərini daim
artırmaq barədə düşünməyi hər zaman tövsiyə edib. Hətta siyasi rəhbərin
bələdiyyələrə müəssisə yaratmaları ilə bağlı çəkdiyi strateji yol xəritəsi
deyərdim ki, ölkədə bəlkə də bir ilk idi. Hazırda rayonda formalaşdırılan 18
bələdiyyənin üçü artıq müəssisənin yaradılması ilə bağlı hüquqi prosedurlar üzərində
işləyir və prosesin yaxın günlərdə başa çatacağı gözlənilir. Yaradılacaq hər
bir müəssisənin uğurlu olması isə onun qoyulacaq “bönövrədən” çox asılı olacaq.
2025-ci
ilin yanvarında birləşdirmədən sonra formalaşan
bələdiyyə sədrilərin demək olar ki, 17-si
yeni seçilənlərdir. Onların təcrübəsi az olsa da, işgüzarlığı ilə seçilmələri
artıq özünü göstərməkdədir. Məhz bu işgüzarlığın nəticəsidir ki, Masallı şəhər
bələdiyyəsinin büdcə gəlirində ciddi artım müşahidə olunub. Belə düşünmək olar ki,
Masallıda 25 il ərzində bələdiyyənin
fəaliyyəti hiss olunmayıb. Ötən ilədək kiçik bir otaqda oturan Masallı bələdiyyəsi
bu gün səkkiz otaqlı, təmirli, hər bir şəraitlə təmin olunmuş inzibati binada
fəaliyyət göstərir. Ən maraqlı məqam isə binanın girişinə yazılan sözdür: “Giriş
qapısını açıq saxlamayın, kondinsioner işləyir” Altsözlük bu cümlə əslində
dərin bir məna daşıyır. Yəni bu cümlə “bələdiyyə
kollektivi ilə yanaşı, ən əsası xidmət etdiyi seçicilərini düşünür” kimi də yozula
bilər.
Ziyarətində
olduğum Boradigah, Kolatan və Yeddioymaq bələdiyyələrində də təxminən eyni
vəziyyət idi. Müasir, rəqəmsallaşmış, təmirli, göz öxşayan binalarda fəaliyyət
göstərməyin özü bir çəkidir, özü bir nüfuzdur.
Siyasi
rəhbərin bilavasitə təşəbbüsü ilə qəsəbənin Mədəniyyət evinin Boradigah bələdiyyəsinin
balansına verilməsi, binanın görkəminin dəyişməsi diqqətimdən yayınmadı. Ən maraqlı
və diqqəti çəkən məqam ondadır ki, qəsəbədə olarkən bələdiyyə binasının soruşduğum səkkiz nəfər sakinin
hər birinin bələdiyyənin binasının yerini tanıması, hətta izahlı şəkildə yerini
göstərməsi oldu. Bu ondan xəbər verir
ki, Boradigah bələdiyyəsi sakinlərlə işləyir. Onu da əlavə edim ki, Masallı
bələdiyyəsində olduğu kimi, Boradigah bələdiyyəsində də "həyat" 2025-ci ilin fevralından başlayıb. Və
bunu sakinlərdə təsdiq edir.
Beləliklə,
Masallı rayonunda bələdiyyə-icra münasibətlərinin sivil münasibətlər üzərində qurulmasında
siyasi rəhbərin xüsusi xidmətinin olması
danılmazdır.
Bu
gün 18 bələdiyyənin 16-sının hər hansı
bir quruma borcunun olmaması, son ilyarım ərzində on yaxın bələdiyyənin bu
borcunun bağlaması, bu gün isə yalnız ikisinin Qəriblər və Viləş bələdiyyəsinin
DSMF borcunun qalması, bütün hallarda bələdiyyələrin öz işlərinə məsuliyyətlə
yanaşmasından, ən əsası isə RİH rəsmilərinin bu prosesə təkan verməsi danılmaz
faktdır. Hazırda qalan iki bələdiyyədə borcun bağlanması ilə ciddi iş aparılır.
Uzun
illər bələdiyyə sahəsi ilə bağlı təhlil apardığımdan, bu sahə ilə bağlı ciddi
informasiya bazasına malik olduğumdan
etiraf edim ki, Masallı rayonunda formalaşan bu münasibət həqiqətən təcrübəsi yayıla
biləcək bir səviyyədədir.
Bütün
hallarda hər iki tərəfə uğurlar arzulayır, birgə fəaliyyət nəticəsində daha
böyük layihələrə və ilklərə imza atacaqlarına
inanıram.
Vüqar
Tofiqli
Rəylər
0 Rəy