Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-10-2026 , 15:57

157

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tehran Rəhmanov: “Türkan bələdiyyəsində vergi yığımlarında əhəmiyyətli artım qeydə alınıb”


“Türkan bələdiyyəsinin səmərəli fəaliyyəti sayəsində 2026-cı ilin ilk 9 ayı ərzində torpaq və əmlak vergilərinin yığılması sahəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artıma nail olunub”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Tehran Rəhmanov deyib.

Sədr qeyd edib ki, 2025-ci ilin ilk 9 ayında torpaq vergisi üzrə yığımlar 18.948 manat təşkil etdiyi halda, 2026-cı ilin müvafiq dövründə bu rəqəm 40.189 manata çatıb. Nəticədə torpaq vergisi üzrə 21.241 manat artım qeydə alınıb.

Tehran Rəhmanov bildirib ki, əmlak vergisi üzrə də müsbət dinamika müşahidə olunub. 2025-ci ilin ilk 9 ayında 24 239 manat təşkil edən əmlak vergisi yığımları 2026-cı ilin eyni dövründə 44.921 manata yüksəlib. Bu isə 20. 681 manat artım deməkdir.

Beləliklə, 2026-cı ilin ilk 9 ayı ərzində Türkan bələdiyyəsi tərəfindən torpaq və əmlak vergilərinin ümumi yığımında ötən ilin müvafiq dövrü ilə müqayisədə 41.922 manatlıq artım əldə olunub.

Vergi yığımlarında müşahidə olunan artımın əsas səbəblərinə toxunan sədr bildirib ki, Əmlak  Məsələləri Dövlət Xidmətindən (ƏMDX) əldə edilmiş çıxarışlar əsasında mütəmadi işlərin aparılması, mülkiyyət sənədləri olan sakinlərlə maarifləndirici söhbətlərin keçirilməsi və onların vergiyə cəlb olunmasıdır. Bununla yanaşı, qəsəbə ərazisində vergi ödəyiciləri arasında aparılan təbliğat və izahat işləri də müsbət nəticələrin əldə olunmasına mühüm töhfə verib.

Bələdiyyənin yerli problemlərin həlli istiqamətində həyata keçirdiyi tədbirlər də sakinlərin vergilərin ödənilməsinə münasibətinə müsbət təsir göstərib. 2026-cı il ərzində 6 saylı internat məktəbinin qarşısında yağış sularının ərazidən axıdılması məqsədilə boru xətti çəkilib, istirahət parkında və Böyük Vətən müharibəsində həlak olmuş qəsəbə sakinlərinin xatirəsinə ucaldılmış abidənin ətrafında abadlıq işləri aparılıb. Eyni zamanda, şəhid ailələrinin və aztəminatlı ailələrin sosial problemlərinin həllinə dəstək göstərilib, ehtiyacı olan sakinlərə müxtəlif yardımlar edilib.

Sədr xüsusilə qeyd edib ki, bələdiyyənin kollektivi tərəfindən həyata keçirilən bu tədbirlər bələdiyyə ilə sakinlər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, yerli problemlərin həllində birgə məsuliyyət hissinin artmasına və vergi ödənişlərinə münasibətin müsbət istiqamətdə dəyişməsinə şərait yaradıb.

Türkan bələdiyyəsi qarşıdakı dövrdə də vergi ödəyiciləri arasında maarifləndirmə və təbliğat işlərini gücləndirməyi, vergi yığımlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirməyi qarşıya məqsəd qoyub. Bələdiyyə 2026-cı ilin son rübündə də bu sahədə fəaliyyətini davam etdirərək yerli büdcə gəlirlərinin artırılmasına və qəsəbənin sosial-iqtisadi inkişafına töhfə vermək əzmindədir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər