Səkinə Kərimova: “Bu cür tədbirlər bələdiyyədə artıq ənənə halını alıb”
“Balaxanı bələdiyyəsində 2026-2027-ci tədris ilində məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası, geyimi və məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Səkinə Kərimova deyib.
Sədrin sözlərinə görə, bu cür tədbirlər bələdiyyədə
artıq ənənə halını alıb. Tədbirin məqsədi sosial
müdafiəyə ehtiyacı olan uşaqlara bələdiyyə tərəfindən qayğının artırılmasıdır.
Sədr xüsusilə qeyd edib ki, uşaqların hər sahədə inkişafını təmin etmək
üçün bu gün dövlət tərəfindən hər cür şərait yaradılıb.
Tədbirdə məktəbə gedəcək 20 aztəminatlı ailənin məktəb
yaşlı uşaqlarına məktəbli çantası, geyimi və məktəb ləvazimatları hədiyyə edilib.
Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və
qayğıya görə dövlətimizə minnətdarlığını ifadə ediblər.
Sonda bütün tədbir iştirakçıları ilə
birgə xatirə şəkli çəkilib.
Belediyye.info
Rəylər
0 Rəy