İxdiyar Nəcəfov: “Bələdiyyə borclu vətəndaşlarla bağlı tərtib edilmiş aktların icra - probasiyaya göndərilməsinə maraqlı deyil, lakin....”
“Bələdiyyənin vergi xidməti vergi ödəyiciləri ilə daimi işləməli, vətəndaşların üzərinə düşən vergi öhdəlikləri barədə sakinlərlə izahat işlərini aparmalıdırlar”-bu fikirləri Belediyye.infoya Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov deyib.
Sədr qeyd edib ki, ötən ilin ilk beş ayı ərzində icra-probasiyaya 42 vergi ödəyicisi haqqında tərtib edilmiş akt göndərilmişdirsə, cari ilin ilk beş ayında bu rəqəm 31-ə düşüb. Ötən il 42 vergi ödəyicisinin bələdiyyəyə ödəməli olduğu verginin həcmi 11.929 manat , cari ildə isə 31 vergi ödəyicisinin ödəməli olduğu verginin həcmi 8329 manat olmuşdur.
Ötən
beş ay ərzində borcun 4546 manatı ilk beş ayda ödənilmiş, cari ildə isə hələ ki
2132 manat ödənilmişdir.
Bələdiyyənin
vergi xidməti borclu vətəndaşlarla bağlı tərtib edilmiş aktların icra - probasiyaya
göndərilməsinə maraqlı deyil. Əsasən maarifləndirmə işləri aparmaqla borcların əldə
etmək niyyəti ilə çıxış edir. Lakin bəzən ödəməkdən yayınmaq istəyən, izahat
aparılsa da qanunların tələbinə məhəl qoymayan vətəndaşlar barədə tərtib
edilmiş aktları müvafiq orqana göndərmək məcburiyyətində qalırıq.
Düzdür, bu istiqamətdə azalmalar olsa da, lakin problemli vergi ödəyicilərimiz hələ də qalır.
Bunun azalması üçün bundan sonra da vergi xidməti yorulmadam izahat işlərini
sistemli şəkildə aparır və aparacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy