Anar Adıgözəlov: “Qazi anasının bələdiyyənin inzibati binasına gələrək fəaliyyətimizə yüksək dəyər verməsi bizə əlavə stimul verib”
“Bu gün Sabunçu rayonu Maştağa bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.
Sədr
qeyd edib ki, hər gün Maştağa bələdiyyəsinə müraciət edən hər bir vətəndaş bələdiyyə
sədri, müavinlər və vergi xidmətinin əməkdaşları tərəfindən qəbul edilir.
Sədr
qeyd edib ki, gün ərzində on nəfərdən artıq vətəndaşın iştirak etdiyi qəbulda sakinlərin
sosial təminat, məişət problemləri və infrastruktur sahələri üzrə müraciətləri
dinlənilib. Qazi ailəsi ona bələdiyyə tərəfindən göstərilən qayğıya görə, hətta
təşəkkürünü bildirmək üçün qəbula gəlmişdir.
Açıqlamasında
sədr bildirib ki, qazi anasının bələdiyyənin inzibati binasına gələrək fəaliyyətimizə
yüksək dəyər verməsi bizə əlavə stimul verib.
Qəbulda
hər bir vətəndaşın müraciəti diqqətlə
dinlənilmiş, qaldırılan məsələlərin araşdırılması və operativ həlli üçün aidiyyəti
şöbələrə müvafiq tapşırıqlar verilmişdir.
Sədr Belediyye.infoya açıqlamasında bildirib ki, davamlı şəkildə qəbulların keçirilməsi bilavasitə qəsəbədə vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir. Bir çox hallarda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə yerlərdə, məhəllələrdə görüşlər keçirilərək, sakinləri narahat edən məsələlər yerində dinlənilərək həlli ilə bağlı bələdiyyədən asılı olan məsələlər öz həllini tapır. Digər məslələrin həlli isə icrası üçün müavfiq qurumlara yönləndirilir.
Belediyye.info
Rəylər
0 Rəy