Təmraz Tağıyev: “Yağışın fəsadlarının aradan qaldrılmasında Nərimanov bələdiyyəsi də öz töhfəsini verməkdədir”
“Ölkə ərazisində son günlərdə intensiv yağan yağışlar paytaxtın bir sıra ərazilərində bir sıra ciddi fəsadlar törədib. Yaşanan çətinliklərin aradan qaldırılması istiqamətində dövlət qurumları tərəfindən operativ tədbirlər görülür. Görülən işlərə Nərimanov bələdiyyəsi də öz töhfəsini verməkdədir” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev deyib.
Sədr
qeyd edib ki, rayonun Təbriz küçəsi 55 ünvanında
yaşayan sakinlərin müraciətinə bələdiyyə iclasında baxılarıq yağışın binaya
yaratdığı fəsadların aradan qaldırılması barədə qərar qəbul edilmişdir.
Sədr
bildirib ki, mütəxəsislər əraziyə baxış keçirdikdən sonra həm binanın dam örtüyü,
həm də yağış navalçalarının təmir edilməsi həyata keçirilmişdir.
Az
müddət ərzində, sürətli şəkildə və keyfiyyətlə həyata keçirilən layihənin icrasını sakinlər
razılıqla qarşılamışlar.
Bu Nərimanov bələdiyyəsinin yağışın fəsadlarının aradan qaldırılmasında icra etdiyi növbəti layihə idi.
Belediyye.info
Rəylər
0 Rəy