Bu bələdiyyəyə YAP-dan üzv olan namizədlərlə görüş keçirilib
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin
edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qax rayonu, Qax
bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə
görüşü keçirilib.
YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev Yeni Azərbaycan
Partiyasının fəaliyyətinin milli maraqlara əsaslandığını bildirib. O, YAP-ın
ölkəmizdə keçirilən bütün seçkilərdə möhtəşəm uğurlara imza atdığını və xalqın
dəstəyi ilə növbəti inamlı qələbə qazanmaq əzmində olduğunu bildirib.
N.Allahverdiyev qarşıdan gələn bələdiyyə seçkilərinin önəmindən
danışıb, YAP-ın seçki proqramı barədə seçicilərə ətraflı məlumat verib.
Bələdiyyə üzvlüyünə
namizədlər Eyvaz Orucov və Elmir Həşimli YAP-ın seçki proqramında nəzərdə
tutulan hədəflərin gerçəkləşdirilməsinin yerli özünüidarəetməni təkmilləşdirəcəyini
vurğulayaraq seçiciləri partiyanın namizədlərini dəstəkləməyə çağırıblar.
Seçicilər Eldəniz Şabanov, Əfqan Babayev və digərləri bu zamana qədər xalqın etimadını layiqincə doğruldan və ölkəmizə mühüm nailiyyətlər qazandıran Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verəcəklərini vurğulayıblar.
Rəylər
0 Rəy