Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-06-2025 , 09:37

569

Son xəbərlər

Bütün xəbərlər

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Quba bələdiyyələrinin büdcə gəlirlərində geriləmə nə ilə bağlıdır?

Ötən il Quba bələdiyyələri  cəmi 500 manatlıq mehmanxana rüsumu toplaya bilib.

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2024-ci ildə Quba rayonunda formalaşan 34 bələdiyyənin büdcə gəliri 1.470.800 manat olub. Bu 2023-ci llə müqayisədə 15.5  faizlik artım deməkdir.

Əldə edilən gəlirin 27.4 faizi vergilərdən, 72.6 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 12.6 faizi torpaq,14.8 faizi əmlak vergisindən daxil olub.

Quba bələdiyyələrinin büdcə gəlirinin 33.1  faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Quba  bələdiyyələri ötən il 278.700 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 29 faiz az deməkdir.  İl ərzində Quba bələdiyyələrinə 464.900 manat dotasiya ayrılıb.  Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən 47.000 manat,    mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən bələdiyyə büdcəsinə 500 manat maliyyə vəsait daxil olub.

Bununla yanaşı bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən və  avtodayanacaqlardan bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Qısa təhlil etsək, Quba rayonu Tüləkəran bələdiyyəsinə ayrılan subvensiya layihəsinin məbləgini çıxsaq ümumən  geriləmə müşahidə edilib.  Belə olan halda haqlı olaraq sual yaranır, Quba bələdiyyələrinin büdcə gəlirlərində geriləmə nə ilə bağlıdır?

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər