Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-11-2024 , 00:09

570

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ramiz Əliyev: "Hər bir bələdiyyənin əsas vəzifəsİ..."

“Ötən il Mingəçecir bələdiyyəsinin keçirdiyi  23 iclasda bələdiyyənin daimi komissiyaların təklifləri ilə gündəliyə 241 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. Cari ildə də keçirilən  iclaslarda məhz bu qədər məsələ müzakirə edilib” - bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ramiz Əliyev bildirib.

 Sədrin sözlərinə görə, iclaslarda müzakirə olunmuş məsələlərdən 134-ü icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 12-si şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 10-u maddi yardımlarla, 85-i təşkilati və digər məsələlərlə bağlı olub.

 Hesabat dövründə bələdiyyəyə 577 ədəd ərizə və məktub daxil olub. Bunlardan 55-i maddi yardımla, 136-sı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün və 114-ü fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması ilə, 5-i tikinti və təmir işləri, 267-si arayış və məlumatlar almaqla bağlı müraciətlər olub.

 Maddi yardımla bağlı müraciət edənlərdən 16 nəfərə pul və material yardımları edilib, digərlərinə Qurban payı verilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 25 nəfərinə mövsümi ictimai-iaşə, ticarət xidmətləri ilə məşğul olmaq üçün icazə verilib, icarə müddəti bitmiş 12 nəfərin icarəsinə, 5 nəfərin mülkiyyətinə torpaq sahələri ayrılıb. İcarəyə verilən torpaq sahələrindən 3-ü şəhid ailəsinə ayrılıb. Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə 21 nəfər üçün qərar verib. Onlardan biri şəhid ailəsidir.

 267 nəfər arayış və məlumatla bağlı müraciət edib və bu müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, vaxtında baxılıb, vətəndaşlara əsaslandırılmış cavablar verilib.

 2024-cü ildə isə  bələdiyyəyə qəbula gələnlərin sayı 232 nəfər olub.

 Sədr qeyd edib ki, hər bir bələdiyyənin əsas vəzifəsi sakinlərə, seçicilərinə layiqincə xidmət etmək olmalıdır. Biz də bələdiyyə olaraq maliyyə imkanları çərçivəsində bu vəzifənin öhdəsindən gəlməyə çalışırıq.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər