Rövşən Əsgərov: “Qovlar bələdiyyəsi ötən il vergi daxilolmalarının həcmini 2.3 dəfə artırıb”
“Əsas
məqsədimiz Qovlar bələdiyyəsinin illər əvvəl yığılıb qalmış borclarını bağlamaq
olub. Biz təhvil alanda bələdiyyənin DSMF borcunun həcmi 38.700 manat idi. Fəaliyyətimizə
ilk olaraq məhz bələdiyyənin vergi-uçot
sistemini qurmaqla başladıq”-bu fikirləri Belediyye.infoya Tovuz rayonu Qovlar
bələdiyyəsinin sədri Rövşən Əsgərov deyib.
Bələdiyyənin
vergi-uçot sistemi qurulduqdan sonra qulluqçuların və vergi müfəttişlərinin
birgə fəaliyyəti sayəsində DSMF borclarının demək olar ki, böyuk bir hissəsini
bağlaya bildik. Bu gün borcun həcmi 5.700 təşkil edir ki onu da yaxın günlərdə
bağlayacağıq. Əlavə edim ki, büdcə gəlirlərinin artımında Adminstrasiyanın bələdiyyələrlə
iş sektorunun təşəbbüsü və milli bələdiyyə assosiasiyalarının təşkilatçılığı,
“Bələdiyyələrin onlayn xidmət“ mərkəzinin iştirakı ilə BAMS-ın Əmlak məsələləri
Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bələdiyyə üçün əsaslı
rol oynayıb. Bununla yanaşı Şəmkir regional ədliyyə idarəsinin mütəmadi olaraq
metodik tövsiyələrinə uyğun olaraq həm də icarə haqqlarını bazar qiymətlərinə uyğunlaşdıraraq dəfələrlə
artıra bildik. Nəticə isə göz önündədir.
2023-ci
illə müqayisədə ötən il vergi daxil olmalarının səviyyəsi 2.3 dəfədək artıb. Bu
nəticə ilə Qovlar bələdiyyəsi şəhərlər üzrə olan siyahıda beşinci yeri tutur.
Bu həqiqətən yüksək nəticədir.
Ötən
il 19.821 manat həcmində əmlak
vergisi, 6.520 manatlıq torpaq vergisi, 20.646 manatlıq icarə haqları
ilə birlikdə il ərzində 46.987 manat bələdiyyənin büdcə gəliri olub.
2023-cü
ildə bu rəqəmlər müvafiq olaraq 7.960
manat həcmində əmlak vergisi, 4.822
manatlıq torpaq vergisi, 21.852
manatlıq icrarə haqları birlikdə il ərzində
34.634 manat bələdiyyənin büdcə gəliri olub.
2022-cü
ildə bu rəqəmlər müvafiq olaraq 7.998
manat həcmində əmlak vergisi, 3.433
manatlıq torpaq vergisi, 8.757
manatlıq icrarə haqları birlikdə il ərzində
20.188 manat bələdiyyənin büdcə gəliri olub.
2021-ci
ildə bu rəqəmlər müvafiq olaraq 10.704
manat həcmində əmlak vergisi, 3.419
manatlıq torpaq vergisi, 6.464
manatlıq icrarə haqları birlikdə il ərzində
20.586 manat bələdiyyənin büdcə gəliri olub.
Əldə
olunan nəticələrdə sözsüz ki, Tovuz RİH-də danılmaz dəstəyi olub.
Göründüyü
kimi, Qovlar bələdiyyəsi var qüvvə ilə çalışaraq qarşıya qoyulan məqsədə doğru
irəliləyir.
Belediyye.info
Rəylər
0 Rəy