Kənd bələdiyyəsinə bu mövzuda subvensiya layihəsi üçün maliyyənin ayrılması kimin ağlına gəlib...CİDDİ
Salyan rayonunda ilk seckilər zamanı 45 bələdiyyə formalaşdırılsa da, sonradan bu rəqəm 20-dək azaldıldı. İndi isə 14 bələdiyyə uğrunda mubarizə aparılacaq.
Son beş il ərzində fəaliyyətdə olan 20 bələdiyyədən demək olar ki, heç birindən ürəkaçan xəbərlər eşidə bilmədik. Təəssüf ki, müəyyən mənada fəaliyyət barəsində eşidilsə də, konkret olaraq bu fəaliyyət paylaşılmadı və ictimaiyyətin bu fəaliyyətdən xəbəri olmadı.
Əvvəlki illərdə fəaliyyət barəsində müəyyən məlumat paylaşılsa da, son beş ildəki fəaliyyət barəsində hər hansı bir məlumatın paylaşılmaması təəsüf doğurur.
Digər rayon bələdiyyələrində olduğu kimi, bu rayonda da mülkiyyətə əmlakın və torpağın bu günədək tam şəkildə təhvil verilməməsi sozsüz ki narahatlıq yaradan amillərdəndir.
Ən maraqlı məqam isə ötən il rayondakı Sarvan bələdiyyəsinə subvensiya layihəsi çərçivəsində maliyyənin ayrılmasını hesab etmək olar. 11 nəfərlik üzvü olan Sarvan bələdiyyəsinə kifayət qədər maliyyə vəsaiti məhz “Ödənişli əsaslarla fəaliyyət göstərəcək uşaq bağçasının tikintisi” layihəsinin icrasına ayrılıb. Maraqlıdır, Sarvan bələdiyyəsinə bu mövzuda maliyyənin ayrılması kimin ağlına gəlib.
Əlavə edim ki, Sarvan bələdiyyəsi 3 kəndi - Sarvan, Dayıkənd və Seyidlər kəndlərini əhatə edir. Ərazi nümayəndəliyində 5.558 nəfər əhali yaşayır. Ərazidə 2 tam orta məktəb, 2 mədəniyyət evi, 4 kitabxana, 43 ticarət-kommersiya və ictimai iaşə strukturu, 1 şadlıq evi fəaliyyət göstərir. Əhaslinin sayının 6 min nəfərə çatmayan bir kənddə bələdiyyə bu layihənin icra etməklə özünə dayanıqlı maliyyə mənbəyi hansı forma və hansı məzmunda yarada biləcək və ümumiyyətlə yarada biləcəkmi?
Fikrimizcə, böyük əraziya sahib olan, əsasən kənd təsərrüfatı ilə məşğul olan bir yaşayış məntəqəsində bələdiyyə başqa daha çevik və dayanıqlı maliyyə mənbəyi yarada bilərdi. Nə isə...
Təəssüf edirəm ki, bələdiyyənin fəaliyyəti və layihənin gedişi barədə hər hansı formada məlumatın əldə edilməsi mümkün olmamışdır. Çox təəssüf...
Ancaq rayona dəyərli Rüstəm Xəlilovun təyinatı yəqin ki, rayon bələdiyyələrində müəyyən dönüşün yaranmasına səbəb olacaq. Nəzərə alsaq ki, Rüstəm Xəlilov uzun illər Milli Məclisdə məhz Regional məsələlər Komitəsinin üzvü olub və bələdiyyələrin fəaliyyəti barəsində məlumatlı şəxsdir, demək fikirlərimizin tezliklə reallaşacağına böyük ümid var.
Belediyye.info
Rəylər
0 Rəy