Bu bələdiyyənin üzvlüyünə namizədlərin seçicilərlə görüşləri davam etdirir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonu Vəndam bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri
Abil Ağasəfov bildirib ki, bələdiyyə seçkiləri ölkəmizin siyasi həyatında mühüm
yer tutur: “İnanırıq ki, seçicilərimizin hər biri 29 yanvar tarixində keçiriləcək
bələdiyyə seçkilərində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafının
davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Elçin Dadaşov,
Nizami Seyidov və bələdiyyə üzvlüyünə namizədlər Asif Həşimov, Eldəniz İsayev və
Sahib Mehdizadə Yeni Azərbaycan Partiyasının bu gün cəmiyyətdə bütün siyasi
proseslərin mərkəzində dayandığını bildirib, görüş iştirakçılarını seçkilərdə fəal
iştiraka çağırıblar.
***
Qəbələ
rayonu Vəndam qəsəbəsində və bu bələdiyyəyə birləşən kəndlərdə namizədlərlə
seçicilərin aktiv görüşləri davam etməkdədir. Namizədlərin öz platformaları ilə
çıxış etmələri diqqətəlayiq hesab oluna bilər. Seçicilər əsasən yolların əsaslı
təmiri , içməli su təchizatı, məişət tullantılarının mütəmadi olaraq daşınmas və
ekoloji problemlərin həllinə bələdiyyənin dəstəyinin dahada artırılmasını arzu
edirlər.
Vəndam bələdiyyəsi üzvlüyünə 13 nəfərə qarşı 23 nəfərin namizədliyi qeydə alınıb. Böyük əksəriyyəti işgüzar, hörmətli, savadlı gənclərdir.
Ümid
edirik ki, Vəndam bələdiyyəsinin gələcək fəaliyyətində uğurların və seçici məmnunluğunun
artacağına nikbin baxmaq olar.
Bütün namizədlərə uğurlar!