Mingəçevir bələdiyyəsinin ötən ili belə yola salıb
“Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq,
Mingəçevir Bələdiyyəsi 2024-cü ildəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim
edir.
2024-cü ildə bələdiyyə 23 iclas keçirib. Daimi
komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 237 məsələ
salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə
olunmuş məsələlərdən 132-i icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə,
9-u şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və
bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 19-u
maddi yardımlarla, 77-i təşkilati və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə bələdiyyəyə 910 ədəd ərizə və məktub daxil
olub. Bunlardan 71-i maddi yardımla, 126-ı sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq üçün və 140-ı fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması
ilə, 6-ı tikinti və təmir işləri, 567-i arayış və məlumatlar almaqla bağlı
müraciətlər olub.
Maddi yardımla bağlı müraciət edənlərdən 21 nəfərə pul və
material yardımları edilib, digərlərinə Qurban payı verilib. Sahibkarlıq fəaliyyəti
ilə bağlı müraciət edənlərdən 31 nəfərinə mövsümi ictimai-iaşə, ticarət xidmətləri
ilə məşğul olmaq üçün icazə verilib, 23 nəfərin icarəsinə, 7 nəfərin mülkiyyətinə
torpaq sahələri ayrılıb. Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq
sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə 21 nəfər üçün qərar
verib.
567 nəfər arayış və məlumatla bağlı müraciət edib və bu
müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də “Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq,
vaxtında baxılıb, vətəndaşlara əsaslandırılmış cavablar verilib.
Hesabat dövründə bələdiyyəyə rəsmi orqanlardan 599 ədəd sənəd
və məktub daxil olub. Onlardan 150-i Mərkəzi İcra Hakimiyyətlərindən, 107-i
yerli İcra Hakimiyyətindən, 4-ü Milli Məclisdən, 492-i müxtəlif idarə və təşkilatlardan
göndərilib. Məktublara qanunvericiliyin tələb etdiyi müddətdə cavablar verilib.
Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsindən, Bələdiyyələrlə İş Mərkəzindən
göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan
çıxarışlar istifadə üçün komissiya və şöbələrə verilib.
2024-cü ildə bələdiyyənin
gəlirləri 407887.19 manat olub. 01.01.2024-cü ilə ötən ildən 30937,53 manat xərclənməmiş vəsait qalıb.
Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:
- fiziki şəxslərdən
torpaq vergisi 14468.78 manat;
- fiziki şəxslərdən
əmlak vergisi 21850.21 manat;
- yerli əhəmiyyətli tikinti
materialları üzrə mədən vergisi 1700.00
manat;
- bələdiyyə tərəfindən xüsusi
ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödəniş
10390.00 manat;
- bələdiyyə ərazisində mehmanxana,
sanatoriya-kurort və turizim xidmətləri göstərən şəxslərdən alınan ödəniş
3595.00 manat;
- bələdiyyyə ərazisində müəyyən
edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti
dayanacaqlardan ödəniş 718.00 manat;
- bələdiyyə əmlakının satışından daxil
olan gəlirlər 104430.00 manat ;
- icarəyə verilmiş torpaq sahələrindən
alınan icarə haqqı 150815.00 manat;
- icarəyə verilmiş əmlakdan icarə
haqqı 12000.00 manat;
- bələdiyyənin digər fəaliyyətindən
(“Dəfn mərasimi” xidmətləri sahəsindən) gəlirlər 23920.00 manat olub.
- Dövlət büdcəsindən verilən dotasiya
55000.00 manat olub.
Hesabat
dövründə bələdiyyənin xərcləri 393942.02 manat olub. Xərclərin istiqamətləri
aşağıdakı kimidir:
- əmək haqqı və onunla bağlı sair ödəmələrə
209417.38 manat;
- əmək haqqına üstəlik (DSMF,
işsizlik sığortası, icbari sığortalar) 72711.90
manat;
- Ə/haqqına aid olan digər tutulmalar
7507.00 manat;
- Ezamiyyə xərcləri 1770.98 manat;
- dəftərxana ləvazimatı, cari təsərrüfat
məqsədləri üçün mal və materialların alınmasına 3085.47 manat;
- nəqliyyat xidmətləri haqqının ödənilməsinə
982.00 manat;
- rabitə xidmətləri haqqının ödənilməsinə
2276.71 manat;
- elektrik enerjisi haqqının ödənilməsinə
1500.00 manat;
- qaz sərfi haqqının ödənilməsinə
805.00 manat;
- su və kanalizasiyadan istifadə
haqqının ödənilməsinə 500 manat;
- abadlıq və tikinti işlərinə
60752.72 manat;
- maddi yardımlara 14423.74 manat;
- bank xidmətlərinə 1590.31 manat;
- mətbuata abunə xərclərinə
2056.80 manat;
- sair xərclərə ( Bələdiyyələrin
Milli Assosiasiyasına üzvlük haqqı, reyestr idarəsinə, arxiv idarəsinə, audit
yoxlamasına, bələdiyyə saytının abunə xərci, dövlət rüsumu, hərracların təşkili
mərkəzinə, mütəxəssis rəyinin alınmasına və s.) 14562.01 manat vəsait xərclənib.
2024-cü ildə
bələdiyyə tərəfindən müxtəlif abadlıq, yardım və digər tədbirlər həyata
keçirib:
- Novruz bayramı ərəfəsində S. Vurğun adına
mədəniyyət və istirahət parkında cari təmir işləri aparılıb.
- Ramazan
bayramında oruc tutan bələdiyyə işçiləri və KİV nümayəndələri üçün iftar süfrəsi
açılıb.
- Ulu Öndər
Heydər Əliyevin anadan olmasının ildönümü və “Yaşıl dünya naminə Həmrəylik ili”
münasibətilə Bələdiyyə müxtəlif tədbirlər və ağacəkmə aksiyası keçirib.
- Qurban bayramında bələdiyyə şəhid ailələrinə,
Qarabağ müharibəsi əlillərinə və imkansız ailələrə, ümumilikdə 550 kq Qurban əti
paylayıb. Bu məqsəd üçün bələdiyyə büdcəsindən 7700 manat vəasit ayrılıb.
- Bələdiyyənin idarəçiliyində olan bütün qəbiristanlıqlarda
təmizlik işləri aparılıb, iməciliklər təşkil olunub.
- Sağ Sahil qəbiristanlığında şəhidlər Eldəniz
Əlimuxtarov və Yadigar Mənsurovun məzarüstü
abidələri təmir edilib.
- Şəhid ailələrinin yaşadıqları 20 Yanvar küçəsi,
9 saylı binanın qarşısındakı xeyir-şər mağarının təmiri üçün material yardımı edilib.
- Şəhid anası Abbasova Mehriban Əsgər qızının
qəbirüstü abidəsi hazırlanaraq qoyulub.
- Şəhid oğlu Babayev Elşad Vaqib oğlunun qəbirüstü
abidəsi hazırlanaraq qoyulub.
- I qrup Qarabağ müharibəsi əlili Şirinov
Qaryağdı Şirin oğlunun və onun oğlu Vətən müharibəsi veteranı Şirinov Namaz
Qaryağdı oğlunun qəbirüstü abidələri hazırlanaraq qoyulub.
- H.Əliyev prospektindəki xiyabanda yenidənqurma
və abadlıq işləri görülüb. Xiyabana 140 ədəd dekorativ bəzək ağacları əkilib,
500 kv.metr sahəyə təbii ot örtüyü döşənib, 2000 ədəd müxtəlif gül kolları əkilib,
18 ədəd quş və “heyvan heykəlləri” qoyulub, 1 ədəd “Ürək” abidəsi quraşdırılıb.
Abadlaşma işlərinə 44336 manat vəsait xərclənib.
- M.Maqomayev prospekti, 48, 50,54 saylı,
M.F.Axundov küçəsi, 16, 18 saylı, 20 Yanvar küçəsi, 9 saylı, H.Əliyev
prospekti, 51 saylı, Ü.Hacıbəyov küçəsi, 78 saylı və M.H.Şəhriyar küçəsi, 3 saylı binaların
qarşısına 5 ədəd söhbətgah, 20 ədəd oturacaq qoyulub.
- Şəhid ailələri Canbaxışov Xeyrulla Bəxtiyar
oğluna, Əliyev Ceyhun Məhərrəm oğluna və Abbasov Nəriman Əbilfət oğluna – hər
birinə 200 manat maddi yardım edilib.
- İkinci qrup Qarabağ müharibəsi əlili Heydərov
Nemət Qurban oğlunun mənzilinin təmirinə mal-material yardımı edilib.
- Bələdiyyə üzvü Qurbanova Sevinc Suryel
qızının xeyir işinə 300 manat, imkansız Süleymanov Mansur Ənvər oğluna 100
manat maddi yardım göstərilib.
- Müalicəyə ehtiyacı olan bir qrup bələdiyyə
qulluqçularına müxtəlif məbləğdə yardımlar edilib.
Hesabat dövründə imkansız vətəndaşlara
maddi yardımların verilməsi bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri
olub. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin müraciətlərinə xüsusi
diqqətlə yanaşılıb. Yardımlar müxtəlif formada həyata keçirilib. Bələdiyyə yas
və dəfn mərasimlərinə, qəbirüstü abidələrin düzəldilməsinə yardımçı olub. 35 nəfər
müxtəlif məbləğdə pul yardımları edilib.
Bütün
yardımlara ümumilikdə bələdiyyə büdcəsindən 14423 manat vəsait ayrılıb.
2024-cü ildə
bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün zəbt edilmiş ərazilərdən
21 nəfərin mülkiyyətinə 0,7544 ha torpaq sahəsi verilib.
Sahibkarlıq
fəaliyyəti ilə məşğul olmaları üçün mülkiyyətlərində olan qeyri-yaşayış obyektlərinin
yerləşdiyi torpaq sahələri 7 sahibkara mülkiyyətə, 16 sahibkara icarəyə
verilib. 7 sahibkara 21.24 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının
istehsalı məqsədi ilə hərracla icarəyə ayrılıb.
Hesabat
dövründə bələdiyyə tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
Məhəllə
komitələrinin sədrləri ilə, KİV nümayəndələri ilə, QHT təmsilçiləri ilə bələdiyyədə
görüşlər keçirilib. Dövlət və milli bayramlarda bələdiyyə üzv və qulluqçuları fəal
iştirak ediblər. Bələdiyyənin Həmkarlar
təşkilatı Beynəlxalq Qadınlar günü, Novruz bayramı, Müstəqillik günü münasibəti
ilə, “Zəfər” bayramı və Yeni il münasibəti ilə tədbirlər təşkil edib. Təşkilat
tərəfindən 18 işçiyə maddi yardımlar göstərilib, 3 işçinin yubileyi qeyd
olunub.
Azərbaycan
Yazıçılar Birliyinin Mingəçevir Bölməsinin 25 illik yubileyi və Milli Mətbuat
günü münasibəti ilə tədbirlər keçirilib
Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə
İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir Bələdiyyəsində seminar-müşavirələr
keçirilib.
Mingəçevir
Bələdiyyəsi keçən ildən “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri”
layihəsinin üzvüdür. Layihə çərçivəsində elan olunmuş müsabiqədə bələdiyyəmiz də
fəal iştirak edib və qaliblərdən biri olub.
Bələdiyyənin
nümayəndəsi Humay Baxışova beynəlxalq layihə çərçivəsində yerli və Avropa bələdiyyələri
arasında əməkdaşlıq, təcrübələrin öyrənilməsi, tərəflər arasında dialoqun güclənməsi
məqsədi ilə Polşada keçirilmiş tədbirdə iştirak edib.
Bələdiyyənin
sədr müavini Əli Əliyev Mingəçevir şəhəri ilə qardaşlaşmış Özbəkistanın
Namanqan şəhərində keçirilən 63-cü Beynəlxalq Gül Festivalında bələdiyyəni təmsil
edib.
Mingəçevir bələdiyyəsi
Rəylər
0 Rəy