BAMS-ın yaradılması vergilərin toplanmasında əsaslı dönüş yaratmışdır
(Zaqatala
rayonu Muxax bələdiyyəsinin 2024 -cü ildə
gördüyü işlərə dair H E S A B A T I)
2024-cü ildə də Azərbaycanın
hərtərəfli və dinamik inkişafı
müstəqil çoxşaxəli və milli
maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi olaraq
qalmasını təmin etmişdir. Prezident
İlham Əliyevin güclü siyasi iradəsi sayəsində
Azərbaycanın bütün dünya miqyasında
nümunəvi sayılan və bir sıra mütərəqqi
cəhətləri ilə fərqlənən yeni keyfiyətli inkişaf modeli formalaşıb. Ölkə rəhbərinin,Azərbaycan
Prezidentinin müsahibələrinin hər zaman
böyük marağa səbəb olması hec də təsadüfü
deyil. Məhs cənab prezidentin yerli televizaya kanallarına verdiyi
sonuncu müsahibə və eyni şəkildə maraqla və rəğbətlə qarşılanıb.
Ümummilli lidеrimiz Hеydər Əliyеvin siyаsi kursunun
bаcаrıqlı vаrisi, оnu məhаrətlə inkişаf еtdirən möhtərəm Prеzidеntimiz Ilhаm
Əliyеvin rəhbərliyi аltındа ölkəmizdə yаradılаn ictimаi-siyаsi sаbitlik,
dеmоkrаtik şərаit, bələdiyyələrin dаhа çеvik idаrəеtmə qurumunа çеvrilməsi üçün
Prеzidеntimizin imzаlаdığı sənədlər, bələdiyyələrin inkişаfınа göstərdiyi qаyğı
və diqqət bələdiyyələrin işgüzаrlığını, məsuliyyətini dаhа dа аrtırır, bələdiyyələr
gündən-günə inkişаf еdir, möhkəmlənir, yеrli məsələlərin həllində dаhа inаmlа
iştirаk еdir, əhаlinin bu prоsеslərə cəlb еdilməsində fəаllıq göstərirlər.Prеzidеntimizin
qаrşıyа qоyduğu vəzifələrin məsuliyyətini dərk еdərək yеrli özünüidаrəеtmə
qurumu оlаrаq Muxax bələdiyyəsi də оnlаrın həlli istiqаmətində fəаllıq göstərməyə
çаlışаrаq Zaqatala RİHB-nın Muxax və Zəyəm kəndləri üzrə nümayəndəlikləri ilə birlikdə müəyyən işlər görmüşür.
Muxax bələdiyyəsi ölkə Prezidenti cənab İlham Əliyevin Fərman
və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarlarına, yerli özünüidarəetməyə dair qanunlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə
Baş idarəsinin və
Şəki Regional Ədliyyə idarəsinin təklif və tövsiyyələrinə,digər hüquqi-normativ
aktlara müvafiq olaraq fəaliyyət göstərir.Bələdiyyələr bu gün ölkəmizin
sosial-iqtisadi və mədəni həyatında öz tövhələrini verməkdədir. Bələdiyyələr
artıq formalaşır, maliyyə və digər imkanları isə ilbə-il genişlənir.
Biz də bələdiyyə olaraq
ilk növbədə görülməsi zəruri olan işlər, əhalini ən çox narahat edən məsələlər
barədə düşünürük. Ərazidə sakinlərin problemləri öyrənilir və bələdiyyənin
imkanları daxilində yaranan problemlər
lazımi səviyyədə həll edilməsi təmin edilir. Bələdiyyəmizin əsas vəzifəsi
sakinlərin rifah halının yaxşılaşdırılmasından sosial-iqtisadi problemlərinin
qismən həll edilməsindən ibarətdir. Əsas işlərimizdən biri də sakinlər arasında
olub onların gündəlik qayğıları ilə maraqlanmaq, problemlərini həll etmək
məqsədi ilə onların yanında olmağımızı sübut etməkdir. Bələdiyyə olaraq biz
işimizi sakinlərə sədaqət və ehtiram prinsipi əsasında qurmağa çalışırıq.
Bu gün biz "Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikası Qanununa uyğun olaraq qarşınızda 2024-ci il ərzində
gördüyümüz işlərə dair maliyyə hesabatını veririk.
2024- cı il ərzində Muxax bələdiyyəsinin 24 iclası
keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının,
daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi
Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər
çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər
hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar
qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün keçikdirilmədən vaxtında
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə idarəsinə
göndərilmişdir
Bələdiyyədə kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması
qaydası haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun
qurulmuşdur.2024-cü ildə Muxax Bələdiyyəsinə 116 ərizə daxil olmuşdur.
Bunlardan 15 nəfəri həyətyanı torpaq sahəsi satılması ilə əlaqədar, torpaq növbəsinə götürülmüşdür.(Məlumat üçün
bildiririk ki,həyatyanı növbəsində bu
günə 350 nəfər vətəndaşımız var.) 28 nəfəri maddi yardım, 7 nəfəri
sahibkarlıqla məşğul olmaq üçün, 15 nəfər sənədlərin düzgün hazırlanmaması ilə əlaqədar
qalan 49-i isə müxtəlif səpkilərdə verilən ərizələrdir.Bələdiyyəyə edilən
müraciətlər qanunvericiliyə müvafiq olaraq vaxıtnda baxılması təmin edilmiş,Bələdiyyənin
imkanları xaricində olan müraciətlərlə əlaqədar
isə aidiyyati üzrə digər təşkilatlara müraciət edilmiş həll edilməsi istiqamətində
işlər görülmüşdür. Bundan başqa bələdiyəyə 141 ədəd müxtəlif təşkilatlardan məktublar
daxil olmuşdur.Daha vacib olan məktublara da vaxtında gecikdirilmədən cavablar
verilmişdir.Bələdiyyədən cıxan müxtəlif məzmunda sənədlərin sayı isə 587 ədəd
olmuşdur.
Bələdiyyə tərəfindən ərazidə 2024-cı ildə aşağıda qeyd etdiyim işlərin görülməsi
təmin edilmişdir.
-Azərbaycan Respublikasında 2024-cü il Yaşıl Dünya Naminə Həmrəylik
ilində Zaqatala-Bakı Zaqatal-Qax şosse yolunun kənarındakı ağacların budanması
təmin edilmiş,ağaclar ağardılmış,və lazımi yerlərə həmişə yaşıl ağacların əkilməsi
təmin edilmişdir.
-Ərazidə olan şəhid ailələrinə,veteranlara
tək kimsəsizlərə və xəstələrə maddi yardımlar edilir və bu kateqoriyadan olan vətəndaşlar
həmişə diqqətdə saxlanılır.
-Ehtiyacı olan Şəhid ailələri və veteranlar qış odun
yanacağı ilə təmin edilmişdir.
-Şəhidlər abidəsi və şəhidlər bulağı ətrafında abadlıq işləri
aparılmış bu işlər diqqətə saxlanılır.
-Məktəbin müraciəti əsasında Muxax 3 saylı ümumi orta məktəbə
təmir üçün mal-material verilmişdir.
-Təbii fəlakətlə əlaqədar olaraq ərazidə 2024-cü ildə ərazidə
bir çox işlər görülmüş kənd ara yollarına cınqıl daşınmış,qrederlə hamarlama
işləri aparılmışdır.
-Zəyəmdə bərbad vəziyyətdə olan bir yola cınqıl töküməklə təmir
edilib.
-Müraciətə əsasən İmamqulu yaşayış sahəsində olduqca bərbad vəziyyətdə bir yolda təmir işləri
aparılmışdır.
-Rərzivan yolu ilə kəndin mərkəzi yolunu birləşdirən hissədə
olan vətəndaşlar tərəfindən atılan zibil kənara daşınaraq zərərsizləşdirilmişdir.
-Müraciətlər əsasında vətəndaşların pay torpaqları olan çöllərdə
də yollara cınqıl daşınaraq təmir edilib.
-Vərənə yaşayış sahəsinə 1 yola cınqıl daşınmış,qrederlə yol
qaydasında hamarlanmış və yola su kecidinə borunun qoyulması təmin edilmişdir.
-Ərazidə olan vətəndaşların müraciəti əsasında kənd ara
yollarına su kecidi arxlarında qoyulması üçün borular alınmış su kecidi
arxlarına qoyulmuşdur.
-Yeni il hədiyyələri alınaraq məktəblərədə oxuyan ibtidai
sinif şagirlərinə və bağcaya verilib.Su kecidi arxlarına borular alınaraq
qoyulmuşdur.
-Mədəniyyət istirahət parkında tikinti təmir və bərpa işləri aparılmışdır və həmişə yaşıl
ağacların əkilməsi təmin edilmişdir.
-Kənddə daim səllimçiliyə
qarşı mübarizə aparılmış,bu məqsədlə bir
sıra tədbirlər həyata keçirilir bu iş mütəmadi olaraq davam etdirilmişdir.
-Suvarma suyunun çaylaxlarda müntəzəm olmasını təmin etmiş
bu sahə həmişə diqqət mərkəzində olmuşdur.
-İcmli su verilən su xəttində və subarteziyanlarda təmir işləri
aparılmışdır.
-Muxax kəndində kənd təsərrüfatı sahəsinin inkişaf etdirlməsi
də diqqət mərkəzində olmuş bələdiyyənin imkanları hesabına fındıq bağı salınmışdır bu işlər davam etdirilir və
bağlara lazımi qulluq edilir.
- Əlillərə xəstələrə,tək kimsəsizlərə və maddi yardımlar edilmişdir.
-Dövlət əhəmiyyətli bayram tədbirlərində yüksək səviyyədə
iştirak etməklə tədbirlərin kecirilməsi
təmin edilmişdir.
-Muxax və Zəyəm kənd
Qəbirstanlıqlarında təmizlik abadlıq işləri görülmüş,mal-material alınmış təmir
işləri aparılmış bu işlər bundan sonra da mütamadi olaraq davam etiriləcəkdir.
-Muxax kəndinin mərkəzi və
ara yollarında su arxlarının təmizlənməsi
zibildən təmizlənməsi işləri vaxtaşırı aparılır.
01.01.2024-cü il
tarixə 874.80 manat xərclənməmiş vəsaitimiz qalmışdır
Bələdiyyə büdcəsinə aşağıdakı mənbələrdən pul vəsaiti
daxil olmuşdur;
- Torpaq
satışından – 23/913
manat
- Torpaq
vergisi -
21.187 manat
- Əmlak
vergisi –
8.813 manat
- Uzunmüddətli
icarə- 17.944
manat
- Fındıq satışından - 3.198
manat
- Maliyyə sanksiyası 440 manat
- digər
gəlirlər - 6.232 manat
- dotasiya –
3800 manat
Gəlirlərin cəmi 94.433 manat
Muxax bələdiyyəsininnin
2024-ci ildəki xərcləri aşağıdakı kimi
olmuşdur.
- İşçilərə
əmək haqqi ödənilmişdir
39580 manat
- DSMF
ödəmələr 6000.00
manat
- İcbari tibbi
sığorta
996.88 manat
- Həmkərlar
800.00 manat
- İşsizlik
sığortası
321.71 manat
- Dəftərxana
ləvəzimati kompyuter təmiri və sair
1170 manat
- Silahlı qüvvələrə
yardım
600.00 manat
- Tək kimsəsilərə,şəhid
ailələrinə yardım
5940 manat
- Abunə
uçun
756.80 manat
- Rabitə
xidmətinə 640.87 manat
- İcməli su xətiinin təmiri
mal-material
1595.02 manat
- Yol təmirində xidmət haqqı
tutulmalara
2134.05 manat
- Yolların təmirinə mal-material
üçün
3852.00 manat
- Mədəni kütləvi
tədbirlərə idmana 2250.00 manat
- DƏDRX-nə hərraca
torpaq sənədləşməsi üçün
9312.90 manat
- Bank xidmətinə 619.38 manat
- Elektirik
enerjisi sərfiyyatına
2811.30 manat
- Abadlıq işlərinə
2641.50 manat
- Auditor
xidmətinə
2000.00 manat
- Azərpoçt MMC-yə ödənilib müqaviləyə əsasən 2574.76 manat
- Qəbirstanlıqların saxlanması
mal-material xərci - 400.00
manat
- Həyətyanı vəsaitinin
geri qaytarılmasına
2566.00 manat
- Kənd
Bələdiyyələrinin Milli Assosiasiyasina
360.00 manat
- Yanacaq
alınıb
1284 manat
- Yolların
işıqlandırılmasına
602 manat
- Bələdiyyə üçün qış odun yanacağı üçün 850 manat
- Digər xərclər
490 manat
- Yaşıl günya
naminə həmrəylik ilində ağac alınıb 1000 manat
Xərclərin
yekunu:
94149.79 manat
1 yanvar 2025- ci il
tarixə Muxax bələdiyyəsinin hesabinda 1157 manat xərclənməmiş vəsait qalmışdır.
Məlumat üçün bir məsələni də nəzərinizə catdırmaq istəyirəm 2024-cü ildə gəlirlərimiz əvvəlki ilə nisbətən
qismən aşağı olmuşdur.Bunun də əsas səbəblərindən biri kimi DƏDRX-nin bizim
göndərdiyimiz torpaqla bağlı sənədlərin vaxtında işlənib başa catdırılmaması olmuşdur ki buda
bələdiyyənin gəlirlərinə öz mənfi təsirini göstərmişdir.
Hesabatdan göründüyü kimi il ərzində Muxax bələdiyyəsi ərazidə
diqqətə layiq işlər görmüşdür. Lakin görülməsi vacib olan işlərimiz
də çoxdur .
Ən mühüm məsələ isə
Yerli (Bələdiyyə) Vergi ödənişlərin Avtomatlaşdırılmış Məlumat sisteminin yaradılmasıdır ki, vergilərin həmin bazaya işlənməsindən
sonra vergilərin
toplanmasında əsaslı dönüş yardılmışdır. Hər bir vergi ödəyiçilərimizdən xahiş
edirik ki, imkanları daxilində heç olmasa ildə bir dəfə Muxax bələdiyyəsinə gələrək
vergilərin hesablanması ödənilməsi barədə öz şəxsi hesabları ilə tanış olsunlar
və vergi borclarını vaxtında ödəsinlər ki,onlara əlavə faiz hesablanmasın.Məlumat
üçün bildiririk ki, vergilər müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi məcəlləsinin
59.1 maddəsinə əsasən ödənmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş
vergi məbləğinin 0.1 % məbləğində faiz tutulacaq və maliyyə sanksiyası tədbiq
ediləcəkdir.
Nəzərinizə bir məsələni də catdırmaq istəyirik ki,adətən vətəndaşlar
şəxsi mülkiyyətində olan torpaq sahələrini başqasina satdıqda və ya
bagışladıqda yeni torpaq sahibləri bələdiyyədə
qeydiyyata düşmürlər, halbu ki, vergilər məcəlləsinə görə
mulkiyyət sahibi olan fiziki şəxslər bir ay müddətində bələdiyyənin
yerli idarəetmə orqaninda özləri müraciət edərək uçota durmalı və alqı
satqı apardığı vətəndaşın əvvəlki illərdən bələdiyyə büdcəsinə vergi borclrı
olub olmaması ilə maraqanmalıdırlar.Nəzərə alın ki,bu olduqca vacib olan məsələdir.
Dövrün tələblərinə uyğun olaraq respublikada bəlkə də ilk
olaraq bələdiyyənin elektron feysbuk səhifəsi və elektron poçtumuz yaradılmış və
həmişə işlək vəziyyətdədir.Hər bir vətəndaş elektron qayda da istədiyi məlumatı bələdiyyədən ala və ya məktub şəklində müraciət edə
suallarını bələdiyyəyə ünvanlaya və
cavab ala bilərlər.
Problemlerimizdən biri də vətəndaşların vergi ödənişlərinə
biganə olan münasibətidir ki, biz hələ də vergi ödənişlərindən yüksək artıma
nail ola bilməmişik. 2024- cü ildə də nə qədər calışsaq da
torpaq əmlak vergisinin toplanmasına
icarə haqlarının yığılmasında yenə də cətinliklərimiz
qalmaqdadır.Elə fürsətdən istifadə edərək bütün Muxax bələdiyyəsi ərazisində
yaşayan sakinlərimizə müraciət edirəm ki, torpaq və əmlak vergilərini,
torpaq icarə haqlarını vaxtında ödəsinlər.Torpaq halallıq sevir,
torpaq vergisinin ödənilməsi vətəndaşın torpağa vətənə olan münasibətidir.Biz bir ildəki fəaliyyətimiz
haqda sizə hesabat verdik. Necə fəaliyyət göstərmişik ,bunun qiyməti
isə sizlərdən aslıdır.
Bizim ərazidə gördüyümüz işlərə verəcəyiniz qiymətə
görə qabaqcadan sizlərin hər birnizə təşəkkür edirik.
Sonda Siz seçiçilərdən bir xahişim də var bildiyiniz kimi 29
yanvar 2025-ci il tarixdə bələdiyyə seçkiləri günüdür.Bu seçkilər ərazidə olan
hamımız üçün vacib olan bələdiyyə seçkisi günüdür.Həmin gün hamılıqla seçkilərdə
fəal iştirak etməklə, layiq biliyiniz namizədlərə səs verəcəyinizə inanırıq.
Elvin Yusubov
Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri
Rəylər
0 Rəy