Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-01-2025 , 16:52

1431

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

"Bələdiyyələrin səlahiyyətini artırmaq lazımdır" - Deputat

"Bələdiyyələrin sayının azalması elə də ciddi effektiv nəticə doğurmalı deyil. Ona görə ki, bələdiyyənin səlahiyyətini artırmaq lazımdır. Birinci bu məsələ üzərində düşünülməlidir".

Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, bələdiyyələrin sayının azalması müsbət tendensiyadır:

"O baxımdan ki, əhali sayı az olan yerlərdə boşuna yeni bir strukturun yaranmasına ehtiyac qalmır. Bu bələdiyyələrin sayı azalandan sonra məsələn, Bakının rayonlarında bələdiyyələrin səlahiyyəti olacaqmı? Buna imkan yaradılacaqmı ki, yerli problemləri həll etsin. Bunun üzərində düşünülməlidir. Bələdiyyələrə gerçək yerli özünüidarəetmə statusu verilməlidir. Bu olarsa, onda hər hansı şəkildə effekti üzə çıxacaq. Bu seçkilərdən sonra daha aydın bilinəcək ki, bələdiyyə yenə cansız orqanizm kimi qalacaq, yoxsa aktiv fəaliyyət göstərən qurum olacaq. Real mənzərə bunu daha dəqiq göstərəcək".

Qeyd edək ki, yanvarın 29-u Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Budəfəki seçkidə bələdiyyələrin sayı 2 dəfədən çox azaldılıb. Bələdiyyələrin sayı 1606-dan 921 vahid azaldılaraq 685-ə endirilib.

Anar Kəlbiyev

https://unikal.az/news/465397/belediyyelerin-selahiyyetini-artirmaq-lazimdir-deputat


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
619

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
347

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
353

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
416