Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-05-2023 , 08:08

1399

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Oğuz bələdiyyyələrinin büdcə gəlirləri niyə azalıb?

Ötən il Oğuz bələdiyyyələrinin büdcə gəlrilrəi niyə azalıb?

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə

Oğuz rayonunda formalaşan 15 bələdiyyənin büdcə gəliri 449.800  manat olub. Bu 2021-ci illə müqayisədə 5.6 faiz azdır.

Əldə edilən gəlirin 34.1 faizi vergilərdən,  65.9 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 27.1 faizi torpaq, 7.0 faizi əmlak vergisindən daxil olub.

Oğuz bələdiyyələrinin büdcə gəlirinin 56.8 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Oğuz bələdiyyələri ötən il 157.500 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 20 faiz az deməkdir.  Büdcə gəlirlərinin 35.1 faizi məhz bu istiqamətdən daxil olub. İl ərzində Oğuz bələdiyyələrinə 31.800 manat dotasiya ayrılıb.

Oğuz bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 34.6 faiz artıq olub.  Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 97.4 manat maliyyə vəsaiti daxil olub.

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, avtodayanacaqlardan, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı vergi və rüsüm daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
420