Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-04-2023 , 20:01

1767

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Dörd vergi növündən Siyəzən bələdiyyələrinə maliyyə vəsaiti daxil olmayıb

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə Siyəzən  rayonunda formalaşan 11 bələdiyyənin büdcə gəliri 346.100 manat olub. Bu 2021-ci llə müqayisədə 35 faiz azalma deməkdir.

Əldə edilən gəlirin 14.6 faizi vergilərdən, 85.4 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 10.4 faizi torpaq, 4.2 faizi əmlak vergisindən daxil olub.

Siyəzən  bələdiyyələrinin büdcə gəlirinin 68.2 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Siyəzən  bələdiyyələri ötən il 142.100 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 2 dəfə çox deməkdir.  İl ərzində Siyəzən  bələdiyyələrinə 24.100 manat dotasiya ayrılıb. Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən,  avtodayanacaqlardan, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Bununla yanaşı mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən cəmi 100 manat maliyyə vəsaiti daxil olub.

Siyəzən bələdiyyələrinin birdən-birə 35 faiz büdcə gəlirlərinin azalmasının  əsas səbəbi mədən vergisnin istiqamətinin dəyişməiylə bağlı olub. 

2021-ci ildə Siyəzən bələdiyyələrinə 258.300 manat  mədən vergisi daxil olmuşdu. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri vəfat etdi

Region
04-11-2024
496