Qalib Mirzəyev: “Bələdiyyənin büdcə gəlirlərində artım müşahidə olunub”
İmişli bələdiyyəsinin büdcə layihəsinin müzakirəsinə toxunan sədr Qalib Mirzəyev deyib ki, 16 oktyabr 2026-cı il tarixində 2027-ci il üzrə büdcənin gəlir və xərcləri müzakirə edilmişdir.
Sədr qeyd
edib ki, müzakirə zamanı növbəti il üçün bələdiyyə büdcəsinin əsas xərc istiqamətləri
müəyyən edilmişdir. Belə ki, büdcə vəsaitlərinin əsasən əməkhaqqının ödənilməsinə,
Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayırmalara, abadlıq və təmir işlərinin həyata
keçirilməsinə, eləcə də maddi yardıma ehtiyacı olan aztəminatlı ailələrə sosial
dəstəyin göstərilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur.
2027-ci il
üzrə bələdiyyə büdcəsinin gəlirlərinin ümumilikdə 290.000 manat təşkil etməsi
proqnozlaşdırılır.
Büdcə gəlirlərinin
artırılması məqsədilə bələdiyyə mülkiyyətində olan örüş, əkin və kommersiya təyinatlı
torpaq sahələri üzrə mövcud icarə müqavilələrinin yeni qiymətlərə
uyğunlaşdırılması və icarə haqlarının artırılması nəzərdə tutulmuşdur. Bu tədbirin
bələdiyyənin maliyyə imkanlarının genişləndirilməsinə və büdcə daxilolmalarının
artırılmasına müsbət təsir göstərəcəyi gözlənilir.
Qeyd edək
ki, bələdiyyənin gəlir göstəricilərində əvvəlki illə müqayisədə artım müşahidə
olunmuşdur.
Belə ki,
2025-ci ilin ilk 10 ayı ərzində büdcə gəlirləri 168.139 manat təşkil etdiyi
halda, 2026-cı ilin eyni dövründə bu göstərici 212.365 manata çatmışdır. Nəticədə,
ötən ilin müvafiq dövrü ilə müqayisədə gəlirlər 44.226 manat və ya təxminən
26,3 faiz artmışdır.
Görülən tədbirlər və nəzərdə tutulan yeni yanaşmalar bələdiyyənin gəlir potensialının artırılmasına, maliyyə dayanıqlığının gücləndirilməsinə, ərazidə abadlıq və təmir işlərinin genişləndirilməsinə, eləcə də sosial ehtiyacların qarşılanmasına xidmət edəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy