Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-11-2026 , 19:25

94

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qalib Mirzəyev: “Bələdiyyənin büdcə gəlirlərində artım müşahidə olunub”

İmişli bələdiyyəsinin büdcə layihəsinin  müzakirəsinə toxunan sədr Qalib Mirzəyev deyib ki, 16 oktyabr 2026-cı il tarixində 2027-ci il üzrə büdcənin gəlir və xərcləri müzakirə edilmişdir.

Sədr qeyd edib ki, müzakirə zamanı növbəti il üçün bələdiyyə büdcəsinin əsas xərc istiqamətləri müəyyən edilmişdir. Belə ki, büdcə vəsaitlərinin əsasən əməkhaqqının ödənilməsinə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayırmalara, abadlıq və təmir işlərinin həyata keçirilməsinə, eləcə də maddi yardıma ehtiyacı olan aztəminatlı ailələrə sosial dəstəyin göstərilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur.

2027-ci il üzrə bələdiyyə büdcəsinin gəlirlərinin ümumilikdə 290.000 manat təşkil etməsi proqnozlaşdırılır.

Büdcə gəlirlərinin artırılması məqsədilə bələdiyyə mülkiyyətində olan örüş, əkin və kommersiya təyinatlı torpaq sahələri üzrə mövcud icarə müqavilələrinin yeni qiymətlərə uyğunlaşdırılması və icarə haqlarının artırılması nəzərdə tutulmuşdur. Bu tədbirin bələdiyyənin maliyyə imkanlarının genişləndirilməsinə və büdcə daxilolmalarının artırılmasına müsbət təsir göstərəcəyi gözlənilir.

Qeyd edək ki, bələdiyyənin gəlir göstəricilərində əvvəlki illə müqayisədə artım müşahidə olunmuşdur.

Belə ki, 2025-ci ilin ilk 10 ayı ərzində büdcə gəlirləri 168.139 manat təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 212.365 manata çatmışdır. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə gəlirlər 44.226 manat və ya təxminən 26,3 faiz artmışdır.

Görülən tədbirlər və nəzərdə tutulan yeni yanaşmalar bələdiyyənin gəlir potensialının artırılmasına, maliyyə dayanıqlığının gücləndirilməsinə, ərazidə abadlıq və təmir işlərinin genişləndirilməsinə, eləcə də sosial ehtiyacların qarşılanmasına xidmət edəcəkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər