Atabala Şeydayev: “Pirəbədil bələdiyyəsi kənd yollarının və digər yerli infrastrukturun vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır”
“Mumlu kəndində torpaq yolun müəyyən hissələrində yaranmış çala-çuxur və nahamar sahələr uzun müddət nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən əsas amillərdən biri olmuşdur. Sakinlərin gündəlik gediş-gəlişinin rahatlaşdırılması, nəqliyyat vasitələrinin hərəkətinin asanlaşdırılması və yolun ümumi vəziyyətinin yaxşılaşdırılması məqsədilə həmin ərazidə Pirəbədil bələdiyyəsinin təşkilatçılığı ilə qreyder vasitəsilə genişmiqyaslı hamarlama və bərpa işləri həyata keçirilmişdir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Atabala Şeydayev deyib.
Sədr qeyd
edib ki, görülən bu işlər kənd sakinlərinin rahat və təhlükəsiz hərəkətinin təmin
olunması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə yağışlı hava şəraitində
çala-çuxur və nahamar yolların yaratdığı çətinliklərin azaldılması, kəndə
gediş-gəlişin daha əlverişli vəziyyətə gətirilməsi baxımından aparılan işlər əhəmiyyətli
nəticə vermişdir.
Yolun
hamarlanması ilə yanaşı, ərazidə nəqliyyatın hərəkətinin daha rahat və təhlükəsiz
təşkili üçün zəruri şərait yaradılmışdır. Bu cür işlər kənd sakinlərinin gündəlik
həyatına birbaşa təsir göstərməklə yanaşı, kəndin ümumi infrastrukturunun
yaxşılaşdırılmasına da öz töhfəsini verir.
Pirəbədil bələdiyyəsi
olaraq kənd yollarının və digər yerli infrastrukturun vəziyyətinin
yaxşılaşdırılmasını daim diqqətdə saxlayır, sakinlərin qarşılaşdığı problemlərin
aradan qaldırılması istiqamətində imkanlarımız daxilində ardıcıl tədbirlər həyata
keçiririk.
Sədr qeyd edib ki, görülən işlərin davamlı olması və digər problemli yol hissələrinin də mərhələli şəkildə bərpası istiqamətində fəaliyyətimiz bundan sonra da davam etdiriləcək.
Belediyye.info
Rəylər
0 Rəy