Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-09-2026 , 12:42

137

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Atabala Şeydayev: “Pirəbədil bələdiyyəsi kənd yollarının və digər yerli infrastrukturun vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır”

“Mumlu kəndində torpaq yolun müəyyən hissələrində yaranmış çala-çuxur və nahamar sahələr uzun müddət nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən əsas amillərdən biri olmuşdur. Sakinlərin gündəlik gediş-gəlişinin rahatlaşdırılması, nəqliyyat vasitələrinin hərəkətinin asanlaşdırılması və yolun ümumi vəziyyətinin yaxşılaşdırılması məqsədilə həmin ərazidə Pirəbədil bələdiyyəsinin təşkilatçılığı ilə  qreyder vasitəsilə genişmiqyaslı hamarlama və bərpa işləri həyata keçirilmişdir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Atabala Şeydayev deyib.

Sədr qeyd edib ki, görülən bu işlər kənd sakinlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə yağışlı hava şəraitində çala-çuxur və nahamar yolların yaratdığı çətinliklərin azaldılması, kəndə gediş-gəlişin daha əlverişli vəziyyətə gətirilməsi baxımından aparılan işlər əhəmiyyətli nəticə vermişdir.

Yolun hamarlanması ilə yanaşı, ərazidə nəqliyyatın hərəkətinin daha rahat və təhlükəsiz təşkili üçün zəruri şərait yaradılmışdır. Bu cür işlər kənd sakinlərinin gündəlik həyatına birbaşa təsir göstərməklə yanaşı, kəndin ümumi infrastrukturunun yaxşılaşdırılmasına da öz töhfəsini verir.

Pirəbədil bələdiyyəsi olaraq kənd yollarının və digər yerli infrastrukturun vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır, sakinlərin qarşılaşdığı problemlərin aradan qaldırılması istiqamətində imkanlarımız daxilində ardıcıl tədbirlər həyata keçiririk.

Sədr qeyd edib ki, görülən işlərin davamlı olması və digər problemli yol hissələrinin də mərhələli şəkildə bərpası istiqamətində fəaliyyətimiz bundan sonra da davam etdiriləcək.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər