Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-09-2026 , 10:57

132

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Günel Ağayeva: “Vətəndaş məmnunluğunun təmin edilməsi üçün bələdiyyə hər zaman sakinlərin yanındadır"

“Əldə etdiyimiz maliyyə vəsaitini sakinlərin üzləşdiyi problemlərin həllinə yönəldirik. Belə ki, bələdiyyəyə edilən hər bir müraciət bələdiyyə iclasında müzakirəyə çıxarılır və bələdiyyədən asılı olan məsələlər öz həllini tapır”- bu fikri Belediyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.

Cari ayda görülən işlərə toxunan sədr qeyd edib ki,  12 aztəminatlı ailələrin uşaqlarına məktəbli geyim forması alınıb, bununla yanaşı Yengicə kəndində vətəndaşların  dəstəyi ilə  subartezian quyusu qazılması üçün bələdiyyə büdcəsindən 1000 manat ayrılıb.  Habelə bələdiyyə iclasının qərarı ilə ehtiyacı olan Yengicə kənd sakini, qazi Telman  Nuruyevə 100 manat, Nohurqişlaq kənd sakini Zöhrə Məhərrəmovaya  100 manat və Nohurqışlaq kənd sakini Xalid Əmiraslanova anasının yas mərasimi uçun 200 manat həcmində  maddi yardim göstərilmişdir. 

Sədr qeyd edib ki,  vətəndaş məmnunluğunun təmin edilməsi üçün bələdiyyə hər zaman sakinlərin yanında olmaqla onların qaldırdığı məsələlərin həllinə çalışır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər