Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-08-2026 , 21:45

87

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Zeynəlabdin Zeynalov: “Yeddioymaq bələdiyyəsi hər bir sakinin müraciətini diqqətdə saxlayır”

“Yeddioymaq bələdiyyəsi olaraq hər bir sakinin müraciəti diqqətdə saxlanılır”- bu fikirləri Masallı rayonu, Yeddioymaq bələdiyyəsinin sədri Zeynəlabdin  Zeynalov deyib.

Sədrin sözlərinə görə, edilən müraciətlərin hər biri bələdiyyə iclasında müzakirəyə çıxarılaraq icrası barədə qərar qəbul edilir. Bu günlərdə  Yeddioymaq bələdiyyəsinin inzibati ərazisinə daxil olan Şıxlar kəndində məhəllədaxili küçələrdə cari təmir işləri aparılmış, ərazi bərk məişət tullantılarından təmizlənmişdir. Layihə çərçivəsində küçələrə asfalt qırıntısı tökülərək sonradan bərkitmə işləri aparılmışdır.

Sədr qeyd edib ki, sakinlərin rahat gediş-gəlişi üçün maliyyə imkanları çərçivəsində cari təmir işlərinin bələdiyyənin əhatə edən digər kəndlərdə də aparılması nəzərdə tutulub.

Bununla yanaşı sədr qeyd edib ki, sakinlərin müraciətini nəzərə alaraq Şıxlar kəndində gənclərin istifadəsində olan stadionda da təmizlik işləri aparılmışdır.

Sakinlər bələdiyyənin həyata keçirdiyi bu layihələri razılıqla qarşılamışlar.

Əlavə edək ki, 2025-ci ilin yanvarında keçirilən bələdiyyə seçkilərində  Şıxlar bələdiyyəsinin  Yeddioymaq bələdiyyəsinə birləşdirilməsindən sonra bələdiyyənin inzibati ərazisinə Birinci Yeddioymaq, İkinci Yeddioymaq, Qasımlı və Şıxlar kəndləri daxil olub.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər