Zeynəlabdin Zeynalov: “Yeddioymaq bələdiyyəsi hər bir sakinin müraciətini diqqətdə saxlayır”
“Yeddioymaq bələdiyyəsi olaraq hər bir sakinin müraciəti diqqətdə saxlanılır”- bu fikirləri Masallı rayonu, Yeddioymaq bələdiyyəsinin sədri Zeynəlabdin Zeynalov deyib.
Sədrin sözlərinə görə, edilən müraciətlərin hər biri bələdiyyə
iclasında müzakirəyə çıxarılaraq icrası barədə qərar qəbul edilir. Bu günlərdə Yeddioymaq bələdiyyəsinin
inzibati ərazisinə daxil olan Şıxlar kəndində məhəllədaxili küçələrdə cari təmir
işləri aparılmış, ərazi bərk məişət tullantılarından təmizlənmişdir. Layihə çərçivəsində
küçələrə asfalt qırıntısı tökülərək sonradan bərkitmə işləri aparılmışdır.
Sədr qeyd edib ki, sakinlərin rahat gediş-gəlişi üçün maliyyə
imkanları çərçivəsində cari təmir işlərinin bələdiyyənin əhatə edən digər kəndlərdə
də aparılması nəzərdə tutulub.
Bununla yanaşı sədr qeyd edib ki, sakinlərin müraciətini nəzərə alaraq Şıxlar kəndində gənclərin istifadəsində olan stadionda da təmizlik işləri aparılmışdır.
Sakinlər bələdiyyənin həyata keçirdiyi bu layihələri razılıqla
qarşılamışlar.
Əlavə edək ki, 2025-ci ilin yanvarında keçirilən bələdiyyə seçkilərində Şıxlar bələdiyyəsinin Yeddioymaq bələdiyyəsinə birləşdirilməsindən sonra bələdiyyənin inzibati ərazisinə Birinci Yeddioymaq, İkinci Yeddioymaq, Qasımlı və Şıxlar kəndləri daxil olub.
Belediyye.info
Rəylər
0 Rəy