Ruslan Əhmədov: "Bələdiyyə olaraq şəhərdə görülən işlərə öz töhfəmizi verməyə çalışırıq"
“Bərdə şəhərində infrastrukturun yenilənməsi və abadlaşdırılması istiqamətində işlər davam etdirilir. Bələdiyyə olaraq bizdə şəhərdə görülən işlərə öz töhfəmizi verməyə çalışırıq”- bu barədə fikirləri Belediyye.infoya Bərdə bələdiyyəsinin sədri Ruslan Əhmədov deyib.
Sədr qeyd edib ki, Bərdə bələdiyyəsi tərəfindən şəhid Şamxal Həmidov
küçəsi, eləcə də Rəsul Rza, Natəvan və Füzuli küçələrinə çınqıl örtüyü verilib,
yollar hamarlanaraq sakinlərin istifadəsi üçün daha rahat vəziyyətə gətirilib.
Aparılan işlər nəqliyyatın hərəkətinin yaxşılaşdırılması və ümumi şəhər
mühitinin abadlaşdırılması məqsədi daşıyır.
Sözügedən tədbirlər çərçivəsində yolların çınqıl materialı ilə möhkəmləndirilməsi
nəticəsində sakinlərin gediş-gəlişində rahatlıq təmin edilib.
Bərdə bələdiyyəsinin həyata keçirdiyi bu cür layihələr şəhərin müxtəlif
ərazilərində mərhələli şəkildə davam etdirilir.
Əsas məqsdimiz şəhərdə vətəndaş məmnunluğunun təmin edilməsidir.
Belediyye.info
Rəylər
0 Rəy