Xaçmaz bələdiyyələrinin büdcə gəlirləri iki ildir hansı səbəbdən azalır?
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Xaçmaz rayonunda formalaşan 13 bələdiyyənin büdcə gəliri 1.166.100 manat olub. Bu 2024-ci illə müqayisədə 9.7 faiz az deməkdir. 38 Xaçmaz bələdiyyəsinin büdcə gəliri 2024-cü ildə 1.290.700 manata bərabər olub.
Ötən il əldə edilən gəlirin 47.9 faizi yerli vergilərdən, 52.1 faizi isə
rüsumlardan olub. Büdcə gəlirinin 29.7 faizi torpaq, 17.8 faizi əmlak vergisindən daxil olub.
Xaçmaz bələdiyyələrinin büdcə gəlirinin 33.2 faizi bələdiyyə
əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən
daxil olub.
İlk dəfədir ki, Xaçmaz bələdiyyələrindən bələdiyyə müəssisələrinin
mənfəət vergisindən 4.200 manat maliyyə
vəsaiti daxil olub.
Bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən Xaçmaz bələdiyyələrinə ötən il 187.400 manat vəsait daxil olub. Bu da ötən illə müqayisədə 61.6 faiz az deməkdir.
İl ərzində Xaçmaz bələdiyyələrinə 135 min manat dotasiya ayrılıb.
Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində
stasionar və ya səyyar ticarətdən 16.600 manat vəsait daxil olub.
Bununla yanaşı mehmanxana,
turizm, kurort-sanatoriya xidmətlərindən, avtodayanacaqlardan, daşınmaz əmlak
üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti
daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy